Slimfit
  1. DÜNYA

Ukraynanın yeni müdafiə naziri təyin edilən türk kimdir?

Ukraynanın yeni müdafiə naziri təyin edilən türk kimdir?
Sakura

Ukraynanın yeni müdafiə naziri təyin edilən türk kimdir?

Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatar türkü Rüstəm Umerovun müdafiə naziri təyin edilməsi barədə qərar qəbul edib.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski sosial media hesabındakı paylaşımında bildirib.

O, "Ukraynanın müdafiə nazirini dəyişməyə qərar verdim. Aleksey Reznikov 550 gündən çox davam edən genişmiqyaslı müharibəni yaşadı. Hesab edirəm ki, nazirliyin həm orduya, həm də cəmiyyətə qarşı yeni yanaşmalara və yeni qarşılıqlı fəaliyyət formalarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov rəhbərlik etməlidir”, - deyə bildirib.

Zelenski parlamentin qətnaməni dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Aleksey Reznikov 2021-ci ildən Ukraynanın müdafiə naziridir.

Rüstəm Umerov 1982-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, Ukrayna tarixində nazir postunu tutan ilk Krım tatarı olub. Krım tatar türk xalqının lideri və Ukrayna deputatı Mustafa Əbdülcəmil Kırımoğlunun müşaviri olan Umerov əvvəllər Ukrayna Dövlət Əmlak Fondunun sədri və Ukrayna prezidentinin xüsusi nümayəndəsi vəzifələrində çalışıb.

Prezidentin Məşvərət Şurasının Ukraynanın ərəb və müsəlman dövlətləri ilə qarşılıqlı əlaqəsi üzrə komissarı Umerov 2022-ci ilin fevralından Ukraynanın Rusiya ilə danışıqlar qrupundadır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR