Dərc edildi: Baxış sayı: 437
Ukraynalıların neçə faizi Zelenskiyə inanır?
Ukrayna əhalisinin 70%-i prezident Vladimir Zelenskiyə inanır.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, keçirilən sorğuya əsasən bu qənaətə gəlinib. Siyahıda ikinci yerdə Ali Radanın spikeri Dmitri Razumkov (54%), üçüncü yerdə isə Baş Nazir Aleksey Qonçaruk (36%) gəlir.
Respondentlərin 54,5%-i əmindir ki, Zelenski ilk növbədə milli maraqların qorunması haqda fikirləşir. 24,5% isə prezidentin şəxsi maraqlarını güddüyünü bildirib.
Qeyd edək ki, sorğuda 18 yaşdan yuxarı 2015 nəfər iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət