Slimfit
  1. DÜNYA

Ukrayna təyyarəsini vuran şəxs həbs olunub

Ukrayna təyyarəsini vuran şəxs həbs olunub
Sakura

Cavad Zərif: Təyyarəni vuran şəxs həbsdədir

İranda Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəni vuran şəxs həbsdədir.

TASS-ın məlumatına görə, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu barədə açıqlama verib. 

“İranda Ukrayna təyyarəsini səhvən vuran şəxs bu gün həbsdədir”, - deyə o bildirib. Söhbətin məhz kimdən getdiyini isə nazir açıqlamayıb.

Xatırladaq ki, yanvarın 8-də MAU aivaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğramışdı. Hadisə nəticəsində 176 nəfər həyatını itirib. Yanvarın 11-də İran təyyarənin “səhvən” vurulduğunu etiraf etdi. “The New York Times” təyyarənin iki raketlə vurulduğunu bildirib. Yanvarın 14-də təyyarənin vurulmasında əli olan ilk şəxslər həbs edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR