Dərc edildi: Baxış sayı: 446
Ukrayna səfiri Gürcüstan XİN-ə çağrılacaq
“Ukraynanın Gürcüstandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması nəzərdə tutulub”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Onun sözlərinə görə, səfirin XİN-ə çağrılması Mixeil Saakaşvilinin son bəyanatları ilə bağlıdır.
Nazir qeyd edib ki, həmin bəyanatlar Ukrayna vətəndaşının Gürcüstanın daxili siyasətinə birbaşa müdaxilədir.
Qeyd edək ki, M.Saakaşvili “Facebook” səhifəsində videmüraciət yayaraq Gürcüstanın dağıdılması prosesini sakit müşahidə etmək niyyətində olmadığını deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət