Slimfit
  1. İDMAN

Üçqat dünya çempionu Aquinyo Anderson: Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər

Üçqat dünya çempionu Aquinyo Anderson: Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər
Sakura

Üçqat dünya çempionu Aquinyo Anderson: Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər

Azərbaycanda idman yarışları yüksək səviyyədə təşkil olunur. Ötən il keçirilən yarışda da iştirak etmişdim və turnirin qalibi adını qazandım.

Bu sözləri Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirin iştirakçısı braziliyalı üçqat dünya çempionu Aquinyo Anderson AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Turnirdə güclü komandaların iştirak etdiyini bildirən braziliyalı idmançı vurğulayıb ki, Avstriya və İtaliya komandaları medallara iddialıdır. Azərbaycan futvolleyçiləri də ciddi rəqibdirlər.

“Sevindirici haldır ki, ölkənizdə idmanın bu növünün inkişafına xüsusi diqqət göstərilir. Azərbaycan Futnet Federasiyası futvolleyin təbliği istiqamətində mühüm addımlar atır. İdmançıların inkişafı üçün xüsusi treninq və məşğələlər təşkil olunur”, - deyə A.Anderson əlavə edib.

Qeyd edək ki, Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirdə 15 ölkədən 30 komanda birincilik uğrunda mübarizə aparır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR