Uçan ilanlar
Çoxları elə bilir ki, uçan ilanları ancaq ya yuxuda, ya da hollivud filmlərində görmək olar, lakin Asiyanın Cənubi bə Cənub-Şərqində yerləşən cəngəlliklərdə həqiqətən havada uzaq məsafə qət edən ilanlar yaşayır. Nadir bacarığa ancaq Chrysopelea növündən olan bəzəkli ağac ilanı malikdir.
Sürünən heyvan uçmazdan əvvəl budağın sonuna qədər sürünür və ondan latın əlifbasının J hərfinə oxşayan formada asılı qalır. İstiqaməti seçərək quyruğu ilə budağın qalan hissəsindən tullanır və yerə çatana qədər qıvrılaraq sərbəst uçuşunu davam etdirir.
Uçuş zamanı adətən ilanın bədəni elastik olur. Sürünən qabırğalarını düzəldir və aşağı tərəfdən çökük səth yaradaraq qarnını geri çəkir. Bu dəyişiklik onun bədənini aerodinamik mənada daha mükəmməl edir.
Sürünənlərin heyrətamiz bacarığının ilk araşdırmaları 1970-ci ildə aparılmışdır. O vaxt bir neçə sürünən və ilan yay sınaqlarından keçməli olub: sürünənləri 41 metr hündürlüyündə olan qaladan atırdılar. Belə “sınaq uçuşları” vaxtı adi bəzəkli ilan özünü yaxşı uçan heyvan kimi göstərdi.
İndiyə qədər bir neçə başqa araşdırmalar da aparılıb, lakin “uçan ilanlar” barədə hələ də dolğun məlumat yoxdur. Məs: sürünənlərin uçuşlarının tezliyi və nə üçün məhz bu sürünənlərin uçması. Yəqin ki, onlar bunu yırtıcılardan xilas olmaq, məsafəni qısaltmaq və ya şikarını tutmaq üçün edir.
Chrysopelea növünün nümayəndələri zəhərlidir və 1,2m hündürlüyə qədər ola bilirlər, lakin bu sizi qorxutmasın: insan üçün onun zəhəri zərərli deyil.
Bu videoda ağac ilanının necə “uçması” göstərilir.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət