Slimfit
  1. AZƏRBAYCAN

Türkiyənin "Yeni Şəfəq" qəzeti azərbaycanlı rəssamdan yazdı

Türkiyənin "Yeni Şəfəq" qəzeti azərbaycanlı rəssamdan yazdı
Sakura

Türkiyənin "Yeni Şəfəq" qəzeti azərbaycanlı rəssamdan yazdı

Türkiyənin nüfuzlu "Yeni Şəfəq" qəzeti azərbaycanlı istedadlı rəssam Pərinisə Əskərovanın İstanbulda keçirilən "Modern və klasik miniatür" sərgisindən yazıb.

Bu barədə məlumatı Milli.Az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib

Məqalə rəssamın sərgisi ilə haqqında məlumatla başlayır. Daha sonra rəssam miniatür sənəti haqqında qəzetə ətraflı danışıb.

"Miniatür bir təxəyyül sənətidir. Qədimdə şahlar ova gedərkən yanlarında mütləq rəssam götürərdilər. Onlar da ov da gördüklərini xəyal gücü ilə birləşdirib miniatür sənətini ortaya qoyurdular. Mən də xəyal dünyamda gördüklərimi və hiss etdiklərimi yaradıram. Öz işlərimdə isə klassik və müasir miniatürü birləşdirirəm",-deyə rəssam qeyd edib.

Rəssam 1999-ci ildən bu günümüzə qədər fəaliyyətində klassik miniatür sənətinə bağlı qalaraq, modern bir tərzdə yeni yanaşmalar gətirir.

Bir çox milli, beynəlxalq, və fərdi sərgi keçirən sənətçi İstanbuldakı ilk fərdi sərgisinə olan diqqətdən olduqca məmnun olduğunu bildirib. 

Sərgidə rəssamın 31 əsəri nümayiş etdirilib. Sərgidə Türkiyənin sənətçiləri, siyasətçiləri, tarixçiləri, həmçinin turistlər qalereyaya baş çəkiblər. 
 
QEYD: 1976-ci ildə Naxçıvanda anadan olan Pərinisə Əskərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin məzunudur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR