Dərc edildi: Baxış sayı: 416
Türkiyədən daha 178 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Bu gün "Azərbaycan Hava Yolları" İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib, daha 178 nəfər Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.
Ens.az xəbər verir ki,"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət