Türkiyə rus helikopterin vurdu
Suriyada Türkiyə ordusunun terrorçulara qarşı geniş əməliyyat apardığı barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, bölgədən şok video yayılıb. Yayılan videoda Türk Ordusunun Rusiyaya məxsus helikopteri vurması iddia olunub.
Yayılan videoda bir qrup hərbçinin helikopterə atəş açması əks olunub.
Hərbçilər "vur onu, düşür artıq..." deyərək qışqırıblar.
Amma vurulan helikopterin hansı ölkəyə məxsus olması rəsmən açıqlanmayıb.
Rusiyanın Müdafiə Nazirliyi İdlibdə 33 Türkiyə hərbçisinin həlak olması ilə əlaqədar açıqlama verib.
Oxu24.com “Sözcü”yə istinadən xəbər verir ki, açıqlamada Rusiya Hava Qüvvələrinin Türkiyə hərbçilərinin vurulduğu ərazidə əməliyyat keçirmədiyi iddia edilib.
Açıqlamada Türkiyənin İdlibdəki hərbçilərinin mövqeləri ilə bağlı Rusiyaya məlumat vermədiyi və Türkiyə əsgərlərinin o ərazidə olmamalı olduğu vurğulanıb.
Bundan başqa, Rusiya Türkiyə hərbçilərinin rejim qüvvələri tərəfindən vurulduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət