Türkiyə NATO-nu ortadan parçaladı, ABŞ isə Avropanı şok etiraf
Türkiyənin Suriyanın vətəndaş müharibəsinə hərbi girişi, onsuz da, çat verən Qərb ittifaqında xaos və dəhşətə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” nəşri “Türkiyənin Suriyaya girişi: Avropanın dilemması” adlı məqalə yayımlayıb.
Məqalədə qeyd olunub ki, Türkiyənin “Sülh çeşməsi” hərəkatı Qərb bloku daxilində ciddi problemləri ifşa edib. Bu ölkələr “həqiqi geosiyasi ağırlığa” sahib Türkiyə ilə “faydalı, amma ömrünü başa vurmuş qüvvə” arasında seçim etmək məcburiyyətində qalıb.
ABŞ-ın Suriyanın şimalından əsgərlərini çəkmə qərarı ilə başlayan “Sülh çeşməsi” Avropanı bir dilemma ilə qarşı-qarşıya qoyub. Avropa ölkələrinin qarşısındakı dilemma NATO-dakı ən böyük ordulardan birinə çevrilmiş həqiqi geosiyasi ağırlığa sahib müttəfiqmi, yoxsa İŞİD-in məğlub edilməsində əhəmiyyətli rol oynayan, amma faydalılıq ömrünü çoxdan başa vurmuş qüvvələrimi dəstəkləyəcəyindən ibarətdir.
"Avropa qıvrılır"
Türkiyə başda Almaniya olmaqla, Avropa ölkələri qarşısında qətiyyət sərgiləyir və özünümüdafiə haqqından vaz keçməyəcəyini göstərir. Avropa Türkiyəni məmnun qoymaq istərkən vicdanını da rahatladacaq mövqe tapmağa çalışır. Hərəkatın dərhal başa çatdırılması çağırışının əhəmiyyət qazanması isə aşağı ehtimaldır.
Məqalədə bu ilin sonunda Aİ Xarici Siyasət Bürosunun rəhbərliyinə keçəcək İspaniya Xarici işlər naziri Yosef Borrelin “türkləri dayandıracaq sehrli gücümüz yoxdur” sözlərini də xatırlanıb.
“Bir NATO müttəfiqinə silah tədarükünü dayandırmaq onu Moskva ilə daha yaxın münasibətlərə itələməkdir” cümləsi məqalədə ən diqqətçəkən ifadələrdən biridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət