Dərc edildi: Baxış sayı: 471
Türk ordusuna hücum: Türkiyə NATO-ya müraciət etdi - Təcili
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, idlibdə türk əsgərlərinin şəhid olması xəbərindən dərhal sonra Çavuşoğlu Stoltenberqə zəng edib. Tərəflər İdlibdə baş verən son prosesləri müzakirə ediblər.
Qeyd edək ki, son məlumata görə, Suriya rejim qüvvələrinin hücumu nəticəsində İdlibdə 9 türk əsgəri şəhid olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət