Dərc edildi: Baxış sayı: 482
"Türk əsgəri o nöqtədə olmamalı idi" - Rusiya iddiaları qəbul etmir
Rusiya İdlibdə 33 türk əsgərinin şəhid edilməsinə reaksiya verib.
BakuPost Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi Moskva türk hərbçilərinin şəhid edildiyi anda Rusiya Hərbi Qüvvələrinin bölgədə əməliyyat aparmadığını, türk əsgərinin Əsəd rejimi tərəfindən vurulduğunu bildirib.
Rusiya həmçinin türk hərbçilərinin yaralandığı xəbərini alandan sonra Suriya tərəfinə atəşkəs elan etməsi üçün addım atdığını da qeyd edib.
Rusiya Müdafiə Nazirliyi isə Türkiyənin əsgərlərinin Suriyada olduğu mövqe ilə bağlı məlumat vermədiyini iddia edərək, türk əsgərinin o nöqtədə olmamalı olduğunu da vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət