Slimfit
  1. GÜNDƏM

“Toya görə vergi ödəməli deyiləm” — Brilliant şikayətləndi

“Toya görə vergi ödəməli deyiləm” — Brilliant şikayətləndi
Sakura

“Toya görə vergi ödəməli deyiləm” — Brilliant şikayətləndi

Xalq artisti Brilliant Dadaşova vergidən şikayətlənib.

"Qafqazinfo" xəbər verir ki, İTV-də yayımlanan "3 D" verlişinin qonağı olan ifaçı toylara görə müğənnilərdən tutulan vergidən gileylənib.

"Əlbəttə vergi ödəyirəm. Əslində, toya görə vergi ödəməli deyiləm. Bu, Türkiyədə əlavə iş adlanır. Yəni, toy olanda vergi ödəyirlər. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da vergi ödəyirik. Bir vaxt mənə dedilər ki, 22 min pul gətirməlisən. Bu, 2015-ci ildə olmuşdu. Dedilər ki, siz filan şadlıq sarayında 30 dəfə toyda olmusuz. Halbuki mən o restoranı heç tanımırdım Axırda audit danışıb məsələni həll etdi", - deyə Xalq artisti bildirib.

Dadaşova oğlunun işsizliyindən də söz açıb. O, övladını işlə təmin etmək üçün bir neçə yerə müraciət etdiyini desə də, cəhdlərinin uğursuz alındığını bildirib:

"Oğlumu oxutdurmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı bitirəndən sonra onun üçün iş axtarmağa başladım. Bir neçə yerə müraciət etdim, heç yerə əlim çatmadı. Heç kim məni qəbul etmədi". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR