Slimfit
  1. İQTİSADİYYAT

Toxum və ting istehsalçılarına subsidiyalar verilir

Toxum və ting istehsalçılarına subsidiyalar verilir
Sakura

Toxum və ting istehsalçılarına subsidiyalar verilir

Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə qaydalara” əsasən toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxıb. Ekspert Şurasının qərarı ilə Quba, Şəmkir, Tovuz, Ağcabədi, Göyçay, Cəlilabad, Masallı, Qobustan, İsmayıllı, Füzuli, Qazax, Ağdaş, Neftçala, Ucar, Biləsuvar, İmişli, Hacıqabul, Salyan, Ağdam, Ağsu, Qəbələ, Kürdəmir, Beyləqan, Şamaxı, Oğuz, Qax, Sabirabad, Göygöl, Şabran, Samux, Xocavənd, Saatlı, Gədəbəy, Daşkəsən rayonları üzrə dövlət və özəl toxumçuluq və tinglik təsərrüfatlarına 5 409,368 min manat vəsait ödənilib. Digər rayon/şəhər komissiyalarından daxil olmuş sənədlərə Ekspert Şurasında baxılır və yaxın günlərdə toxum və ting istehsalçılarına subsidiya ödəniləcək. 

Şəffaflığın təmin olunması məqsədilə fermerlər subsidiyanı “Kapital Bank” ASC-nin rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər. Ekspert Şurasının yekun qərarından sonra subsidiyalar barədə ümumu məlumatlar Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR