Slimfit
  1. İQTİSADİYYAT

Dünya Bankı: Subsidiya ayırdıqda iqlim məsələsinə də diqqət etmək lazımdır

Dünya Bankı: Subsidiya ayırdıqda iqlim məsələsinə də diqqət etmək lazımdır
Sakura

Dünya Bankı: Subsidiya ayırdıqda iqlim məsələsinə də diqqət etmək lazımdır

İnkişaf etməkdə olan ölkələr 2030-cu ilə qədər dekarbonizasiya üçün ildə 2,4 trilyon dollara ehtiyac duyacaqlar.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,, bu sözləri Dünya Bankının Dayanıqlı inkişaf üzrə vitse-prezidenti Yurgen Vogele COP29 çərçivəsində keçirilən “Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, təkcə iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması ilə bağlı deyil, iqlim dəyişmələrinə uyğunlaşmanın da maliyyələşməsinə ehtiyac var.

“Dünya Bankı olaraq biz insanlara həm iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması, həm də iqlim dəyişmələrinə uyğunlaşmada kömək etməliyik. Beləliklə, biz həmişə maliyyələşməni 50 faiz olaraq saxlayırıq. Təkcə ötən il biz 43 milyard dollar maliyyə ayırmışıq. Getdikcə daha çox ölkələrin, xüsusən də kiçik ada dövlətlərinin köməyə ehtiyacı var. Biz artıq 14 ölkə ilə hər hansı hadisə baş verərsə, onların borclarını azalda və ya gecikdirə biləcəkləri ilə bağlı razılaşdıq”, - deyə Dünya Bankının rəsmisi əlavə edib.

 

Yurgen Vogele əlavə edib ki, dövlət sektoru maliyyənin olmaması və özəl sektorun maliyyəsini bu sahəyə cəlb etməklə bağlı fikirlər səsləndirirlər: “Lakin dövlət sektoru iqlimə zərər verən sahələrin maliyyələşməsinə 1,25 trilyon dollar ayırır. Bu, qazıntı yanacaqları, kənd təsərrüfatı və balıqçılıq subsidiyalarıdır. Sonra biz bunun fəsadlarının qarşısını almaq üçün bir neçə milyard dollar ayırmağa çalışırıq. Ona görə biz bu subsidiyaları yenidən təyin etməliyik. Mən ümumiyyətlə subsidiyaları kəsmək və ya azaltmaq barədə danışmıram. Ancaq maliyyə ayırdıqda iqlim məsələsinə də diqqət etmək lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR