Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Tovuzlular şəhidlərin xatirəsini belə əbədiləşdirdi

Tovuzlular şəhidlərin xatirəsini belə əbədiləşdirdi
Sakura

Tovuzlular şəhidlərin xatirəsini belə əbədiləşdirdi

Tovuzun ən böyük kəndi olan Əyyubluda kənd ictimaiyyətinin və yerli İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhidlərimizin xatirəsi əbədiləşdirilib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə rayonun millət vəkili Qənirə Paşayeva məlumat paylaşıb.

O bildirib ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində son təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olmuş şəhidlərimizin Əyyublu kəndində xatirə guşəsi yaradılıb:

“Tovuz döyüşlərində fədakarlıq və igidlik göstərmiş, vətən üçün canlarını fəda etmiş şəhidlərimizə böyük ehtiramı, sevgini göstərən bu guşələrin qoyulması eyni zamanda gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi üçün də önəmlidir. Əməyi keçənlərə təşəkkür edirəm. Nur içində yatsın qəhrəman şəhidlərimiz”, - millət vəkili qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR