Slimfit
  1. TEXNOLOGİYA

“Toshiba” planşet və smartfonlar üçün çox sürətli yaddaş təqdim edib

“Toshiba” planşet və smartfonlar üçün çox sürətli yaddaş təqdim edib
Sakura

“Toshiba” planşet və smartfonlar üçün çox sürətli yaddaş təqdim edib

“Toshiba” şirkəti smartfon, planşet, virtual və ya əlavə edilmiş reallıq qurğuları üçün “Universal Flash Storage” (UFS) 3.0 interfeysinə malik dünyada ilk fləş yaddaş təqdim edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, yeni modullarda ən müasir 96 qatlı “BiCS Flash” (3D NAND) istifadə olunur. Modulların tutumu 128 QB təşkil edir, daha sonra 256 və 512 QB-lıq modullar çıxarılacaq. İstehsalçı bildirib ki, sözügedən fləş yaddaş modulları aşağı enerji sərfiyyatı, yüksək məlumat oxuma və yazma sürəti ilə səciyyələnir.
 
Modulların ölçüsü 11,5x13 mm-dir. Kontroller səhvlərin düzəlişini, məlumat massivlərinin bərabərləşdirilməsini, məntiqi ünvanların fiziki ünvanlara translyasiyasını, həmçinin nasaz blokların idarə edilməsini dəstəkləyir. Bu imkanların mövcudluğu yeni qurğuların hazırlanmasını xeyli sadələşdirir.
 
İnterfeysin işləmə sürəti nəzəri cəhətdən bir xətt üçün 11,6 Qbit/san, iki xətt üçün isə 23,2 Qbit/s təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR