Slimfit
  1. CƏMİYYƏT

“TikTok”da hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək

“TikTok”da hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək
Sakura

“TikTok”da hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək

“TikTok” sosial şəbəkəsində hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar barədə tədbirlər görüləcək

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilir.

“TikTok” sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılıb. Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - açıqlamada qeyd edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR