Slimfit
  1. ELM

Tibb alimləri yuxusuzluğa qalib gəlmənin yollarını müəyyən ediblər

Tibb alimləri yuxusuzluğa qalib gəlmənin yollarını müəyyən ediblər
Sakura

Tibb alimləri yuxusuzluğa qalib gəlmənin yollarını müəyyən ediblər

Kolumbiya Universitetinin Tibb Mərkəzi yuxusuzluğa qalib gəlmənin yollarını müəyyən edib. Alimlər axşam saatlarında smartfonlardan və planşetlərdən imtina etməyi təklif etmir, çünki bu, müasir dövrdə insanlar üçün real deyil. Lakin onlar dərin yuxu üçün zərərli olan və mavi işıq buraxan ekrana kəhrəba rəngli eynəklərlə baxmağı məsləhət görürlər. Mobil cihazların ekranının mavi işığı beyində melatonin (yuxu gətirici) yaramasının qarşısını alır və diqqəti artırır.

AZƏRTAC MedDaily saytına istinadla verir ki, rəngli eynəklər bu işıq spektrinin qarşısını alır. Bu, yuxusuzluqdan əziyyət çəkən 14 insanın üzərində aparılan eksperimentlə sübut olunub. Onlar yatmazdan əvvəl, yeddi axşam ard-arda və iki saat müddətində həm adi şüşədən olan, həm də rəngli eynəklərdən istifadə ediblər. Dörd həftə sonra hər şey təkrar olunub, lakin könüllülərin eynəkləri dəyişdirilib. Bununla yuxunun keyfiyyəti və müddəti qeydə alınıb.

Müəyyən edilib ki, rəngli eynəklər təxminən 30 dəqiqəlik əlavə yuxu təmin edir. Könüllülər də yuxunun müddəti və dərinliyinin artdığını, keyfiyyətinin yaxşılaşdığını təsdiq ediblər. Ümumilikdə, onlar yuxusuzluqla bağlı vəziyyətlərinin yaxşılaşdığı qənaətindədir. Yeri gəlmişkən, rəngli linzalar könüllülərin göz təzyiqinin azalmasına da kömək edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR