Slimfit
  1. PSİXOLOGİYA

Nə üçün kasıblar yanlış qərarlar verir?

Nə üçün kasıblar yanlış qərarlar verir?
Sakura

Kasıblıq xarakter çatışmazlığı deyil, o pul çatışmazlığıdır

Kasıblıqla olan bütün mübarizə cəhdləri bu iddiaya əsaslanır ki, insan özünü bataqlıqdan özü çıxarmalıdır. Lakin bu mümkündürmü? Bəs əgər kasıblıq insanların şüuruna təsir göstərirsə və onların qərar qəbul etmək qabiliyyətini dəyişirsə?

Bir kazinonun tarixi

1997-ci ildə Şimali Karolinanın yaxınlığında çirokilərin idarə etdiyi kazino açıldı. Belə müəssisələrin həmişə əhali üçün problem yaratmasına baxmayaraq kazino sürətlə gəlirli oldu: 2004-cü ildə o 150 milyon, 2010-cu ildə isə 400 milyon dollar gəlir gətirdi. Bu pullar çirokilərə hospital, məktəb və yanğın hissəsi inşa etməyə imkan verdi. Bununla yanaşı pulun əsas hissəsi əhalinin – 8000-dən çox kişi, qadın və uşağın cibinə getdi. Kazinonun işlədiyi müddətdə orta ailənin gəliri 12 dəfə artdı.

Bu illər ərzində professor Ceyn Kostello (Jane Costello) problemləri və uğurları qeydə almaqla çirokilərin uşaqlarının davranışı öyrəndi. Aydın oldu ki, kasıb ailədə böyüyən uşaqlar intizamla əlaqəli problemlərə yönümlü olur. Lakin ailənin orta gəliri artdıqca davranışla bağlı vəziyyət də yaxşılaşırdı.

Uşaqların 40%-i özünü daha yaxşı aparmağa başladı, uşaq cinayətkarlığı azaldı. Yetkinlik yaşına çatmayanlar daha az alkoqol və narkotik qəbul etməyə başladılar.

Görünür ki kasıblıq beyin mövqeyini və davranış bacarıqlarını uşaq ikən formalaşdırır.

 Nə üçün kasın insanlar axmaq işlər görür?


Yoxsulluq olmayan dünya – qədim utopiyalardan biridir. Lakin bu barədə ciddi düşünən insan bu suallarla qarşılaşacaq:

Nə üçün kasıblar daha çox cinayət törədirlər?

Nə üçün onlar kökəlməyə meyllidirlər?

Nə üçün onlar daha çox alkoqol və narkotik qəbul edirlər?

Nə üçün onlar belə çox sayda axmaq qərarlar verirlər?

 

Kobud səslənir, lakin gəlin statistikaya baxaq. Kasıblar daha çox borc alır və daha az pul kənara qoyurlar, daha çox siqaret çəkirlər, daha az məşq edirlər, daha çox alkoqollu içki içirlər və daha tez-tez fastfudla qidalanırlar. Maliyyə treninqi elan etsəniz kasıblar ona yazılacaq sonuncu insanlar olacaq. Kasıb insanların rezümesi idealdan uzaq olur, müsahibə zamanı isə onlar çox vaxt hazırlıqsız və lazımi olmayan geyimdə gəlirlər.

Marqaret Tetçer deyib ki, kasıblıq – şəxsiyyətin qüsurudur. Az saytda siyasətçilər öz fikirlərində bu qədər uzağa gedib, lakin bu ideya unikal deyil. Dünyada belə bir fikir formalaşıb ki, kasıblıq – elə bir şeydir ki, onu insan özü aradan qaldırmalıdır.

Əlbəttə ki, dövlət kasıb insanı ödəniş, cərimə və təhsillə düzgün istiqamətə yönəldə bilər. Lakin bunun mənası varmı?

Lakin bunun mənası varmı?

Bəs əgər kasıb özünə kömək edə bilmirsə, dövlətin xoş niyyəti vəziyyəti daha da çətinləşdirirsə?

Suallar sadə deyil, lakin təkcə biz onu özümüzdən soruşmuruq. Məs: Prinston universitetindən olan psixoloq Eldar Şafir (Eldar Shafir) inqilabi kasıb nəzəriyyəsi hazırlayır. Onun əsas məqsədi – yeni bilik növü olan çatışmazlıq elmini yaratmaqdır.

Gözləyin, beləsi artıq var axı. İqtisadiyyat adlanır.

Eldar Şafir belə ittihamları daim eşidir. Lakin onun məqsədi çatışmazlıq psixologiyasında cəmlənib – bu sahədə çox az araşdırmalar aparılıb.

İqtisadçılar üçün hər şey bu və ya digər mənada defisit anlayışı ilə əlaqədardır. Axı hətta ən çox pul xərcləyənlər belə istədiyi hər şey ala bilməzlər. Defisit anlayışı böyük əhəmiyyət daşıyır. O bizim xarakterimizə təsir edir. İnsanlar hər hansı bir şey üçün çatışmazlıq hiss etdikdə özlərini başqa cür aparır.

Söhbətin nədən getməsi o qədər də əhəmiyyətli deyil. Zaman, pul, dostluq və ya yemək – bunların çatışmazlığı xüsusi “defisit” beyin tərzinin formalaşmasına gətirib çıxarır. Daim defisit hiss edən insanlar qısa müddətli problemləri çox yaxşı həll edirlər. Kasıblar belə formada işlərin öhdəsindən yaxşı gəlir. Bu fenomeni Eldar Şafir beynin ötürmə qabiliyyətinin aşağı düşməsi adlandırır.

Kasıblıqdan yorulmaq olmaz

Qeyd olunan üstünlüyə baxmayaraq kasad təfəkkürün böyük çatışmazlığı var. Defisit təcili hesabların ödənilməsinə yönələn yaxın zaman müddətində əhəmiyyət daşıyan şeylərə diqqətinizi cəmləyir. Bütün uzun müddətli perspektivlər isə diqqətdən kənarda qalır. Eldar Şefir izah edir:

Defisit xarakteri məhv edir. Sizin üçün çox vacib olan digər şeylərə fokuslanmaq qabiliyyəti itirilir.

Tədqiqatçı bunu onlarla mürəkkəb sorğuları eyni zamanda emal edən yeni kompüterlə müqayisə edir. O getdikcə daha yavaş işləyəcək və daha çox xətalara yol verəcək. Bu kompüterin pis olmasına görə deyil. İş orasındadır ki, o eyni zamanda həddindən artıq məsələ həll edir. Kasıblarda da eyni problemlər var. Onlar pis qərarı axmaq olduqları üçün vermirlər. Ona görə pis qərar verirlər ki, bu şəraitdə istənilən insan pis qərar verə bilər.

“Bu gün nə yeyəcəyik” və “Həftənin sonuna qədər necə yaşayacağıq” kimi suallar diqqət və böyük zəhmət tələb edir. Kasıb insan daim konsentrasiyanı itirir, onu asanlıqla yayındırmaq olar. Bu günlərlə davam edir. Təəccüblü deyil ki, əvvəl-axır insanlar axmaqlıq etməyə başlayırlar.

Daim məşğul olanlarla pulu olmayanlar arasında böyük fərq var: kasıblıqdan istirahət etmək olmaz.

Kasıblıq – xarakterlə bağlı problem deyil. Bu pulla bağlı problemdir.

Demək olarmı ki, insan kasıblıqdan nə qədər axmaq ola bilər?

Eldar Şafir deyir ki, kasıblıq 13-14 IQ balı azaldır. Bu effekti xroniki yuxusuzluq və alkoqolizmin nəticələri ilə müqayisə etmək olar. Təəccüblüdür ki, bu məlumatarı 30 ilə əldə edə bilmədilər. Şafir etiraf edir:

İqtisadçılar defisiti uzun illər ərzində araşdırır. Psixoloqlar bu müddət ərzində koqnitiv məhdudiyyətləri öyrənir. Biz sadəcə ikini ikiyə vurduq.

Eldar Şafir hesab edir: kasıblıqla mübarizə əvvəllər heç kimin fərqinə varmadığı üstünlüklərə malikdir. Tədqiqatçı nəinki ÜDM-i hesablayır, həmçinin beynin ötürmə qabiliyyətini ölçür. O nə qədər kiçikdirsə biz o qədər də kasıblıqla məhdudlaşmışıq. O nə qədər çoxdursa işçilər daha məhsuldar işləyir, doğma qabiliyyəti çoxalır, sağlamlıq göstəriciləri yüksəlir. Şafir deyir ki, kasıblıqla mübarizə dövlətin çiçəklənməsinə gətirib çıxarır.

Müəyyən tövsiyələrə gəldikdə isə tədqiqatçı kasıblıqla mərhələli formada mübarizə aparmağı təklif edir.

İnsan hazırda sərbəst olaraq nə edə bilər?

İlk növbədə pul çatışmazlığından əziyyət çəkən insan vahiməyə düşməməli və daimi stresdən yaxasını qurtarmalıdır. Gündəlik yaranan problemləri həll etməyə çalışaraq siz özünüzü planlaşdırmaq, xəyallar qurmaq və rahat olmaq imkanlarından məhrum edirsiniz.

Problemlər istənilən halda ortaya çıxacaq. Boru axıtmağa başlayacaq. Maşın xarab olacaq. Polis cərimə yazacaq.

Özünüzü rahat hiss etməyə necə kömək etmək olar? İstirahəti əvvəlcədən planlaşdırın. Hətta sizin qətiyyən vaxtınız olmasa belə. Şafirin sözlərinə görə “özünüzlə görüşmək” üçün 30 dəqiqə kifayətdir. Əlbəttə ki, bu asan olmayacaq. Lakin bu addım mütləqdir.

Başqa nə etmək lazımdır? Kazino ilə əlaqəli hadisəyə qayıdaq. Los-Ancelesdən olan iqtisadçı Rendall Aki (Randall Akee) hesab edir: kazinonun gəlirinin əhali arasında bərabər paylanması nəticədə ümumi xərcləri azaltmağa kömək etdi. Kasıblığı aradan qaldırmaqla cəmiyyət daha çox pul yaratdı. Bu cinayətkarlığın azalması və təhsilin, həmçinin təhlükəsizlik və sağlamlıq xidmətlərinin işinin yüksəlməsi hesabına baş verdi.

Kasıblıqla mübarizənin kasıblığın və onun nəticələrinin özündən daha ucuz olması yeni deyil. Oxşar fikri britaniya publisisti Samuel Conson 1782-ci ildə bildirib. O yazırdı:

Kasıblıq – insan xoşbəxtliyinin böyük düşmənidir. O azadlığı məhv edir. Müasirlərindən fərqli olaraq Conson başa düşürdü: kasıblıq xarakter çatışmazlığı deyil.

Kasıblıq – pul çatışmazlığıdır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR