Slimfit
  1. MARAQLI

İlanı yemək olarmı?

İlanı yemək olarmı?
Sakura

İlanı yemək olarmı?

1994-1995- ci illərdə ehtiyatda olan zabit kimi Azərbaycan Milli Ordusunda xidmət edirdim. Xidmət etdiyim hərbi hissədə Türkiyədən gəlmiş peşəkar zabitlərin köməyi ilə Azərbaycanın ilk nizami döyüş taburları hazırlanırdı. Əsgərlərin çöl-səhra şəraitində keçirilən hərbi hazırlıq təlimlərində türk zabitləri ilə bir yerdə olurduq. İsti yay günləri idi.Günəşin yandırıb yaxdığı bir çöllükdə əsgərlərə hərbi təlimlər keçirdik.İstirahət saatları idi.Hər qrup özünə süni kölgəlik düzəldib komandirləri ilə birgə dincəlirdi. Bu zaman əsgərlərimizdən biri qaçaraq gəlib mənə xəbər verdi ki, türk zabitlərindən Atilla daşın altında gizlənmiş bir gürzə ilanını tutmaq istəyir və məni köməyə çağırır. Söyləyir ki, bu ilanın ətindən kabab bişirib yeyəcəyik.Atilla üst teymən (baş leytenant) rütbəsində gənc və bacarıqlı bir zabit idi.Mən çatana qədər o, ilanı, artıq, tapançası ilə atəş açaraq öldürmüşdü. Bu, həqiqətən, iri gürzə ilanı idi! Güllə gürzənin baş hissəsini dağıtsa da, o, hələ torpağın üstündə qıvrılırdı... Atilla məni görcək başa salmağa başladı ki, məqsədi ilan ətini yeməyin mümkün olmasını əsgərlərə göstərməkdir.Əsgərlər isə, Atillanın məharətindən, sərrast atəş açaraq ilanı düz başından vurmasından danışırdılar.Əsgərlərə izah etdim ki, bu, əslində, Atillanin məharəti deyil, ilanın öz instinkti və davranış xüsusiyyəti ilə bağlıdır.İlanlar qoxu və hərarətə qarşı xüsusilə həssas olurlar.Odlu silahdan atəş açılarkən güllə ilə püskürən istiyə tərəf ilan özü atılır və gülləyə hədəf olur.Ona görə, Atilla gürzənin quyruq hissəsini hədəfə alsaydı belə, güllə ilanın başına dəyəcəkdi.

Hamı maraq içərisində Atillanın nə edəcəyini gözləyirdi. O, ilanın baş və quyruq hissələrini kəsib kənara tulladı, səliqə ilə dərisini çəkib çıxardı, ətli gövdə hissəni bir neçə tikəyə böldü, əsgərlərin məftildən hazırladıqları şişə çəkərək ocaqdıkı köz üzürində, özünün də sonradan söylədiyi kimi, çox dadlı, quş ətinin dadını verən kabab bişirib yedi. O, bir neçə əsgəri də gürzə kababına qonaq etdi. Atilla söyləyirdi ki, hər bir zabit heyvanat aləminin müxtəlif növlərindən qida kimi istifadə etməyin yollarını bilməlidir.Əgər, hərbi hissə düşmən mühasirəsinə düşərsə və uzun müddət ərzaq sursatları almaq imkanı olmasa, hər bir zabit mühasirə dəf olunana qədər şəxsi heyəti aclıqdan xilas etmək üçün ərazinin heyvanat aləmindən qida kimi istifadə etməyi bacarmalıdır.Turk ordusunda hazırlıq zamanı zabitlərə bunu öyrədirlər.

Əslində, ilan ətinin qida məhsulu kimi istifadəsinə mane ola biləcək, heç bir səbəb yoxdur. Hətta, zəhərli ilanların da əti də ərzaq kimi istifadə oluna bilər.Çünki, zəhər ilanın bütün bədənində deyil, yalnız baş nayihəsində, üst çənədəki zəhər vəzisində olur.Hər bir kəs istəsə, ilan ətini yeyə bilər, bu işdəziyanlı və ya təhlükəli heç bir şey yoxdur.Problem, sadəcə, adamın mövcud psixoloji baryeri keçib ilan ətini qida kimi qəbul edə bilməməsindədir. Dünyanın bir sıra ölkələrində isə, xüsusən Cənubi - Şərqi Asiya və Afrika ölkələrində əhali müxtəlif sürünən heyvanların (tısbağa, kərtənkələ, ilan, timsah) ətindən çox ləziz və faydalı qida məhsulu kimi istifadə edirlər. Vyetnamda kobra ətinin spirtli cövhərindən «Kobratonik» adlanan müalicəvi içki növü hazırlanır.Spirtlilik dərəcəsi 30% olan, rənginə və dadına görə konyaka bənzəyən bu içki bir sıra xəstəliklərə qarşı (işemiya, yuxusuzluq və əsəbilik) dərman vasitəsi kimi işlədilir və apteklərdə satılır.

Biologiya üzrə fəlsəfə doktoru,

Təvəkkül İsgəndərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR