Slimfit
  1. CƏMİYYƏT

Tələbələrin pulsuz oxuduğu universitetlər açıqlandı

Tələbələrin pulsuz oxuduğu universitetlər açıqlandı
Sakura

Tələbələrin pulsuz oxuduğu universitetlər açıqlandı

Bunun əsas səbəbi bu ali təhsil müəssisəsinə dövlət sifarişi üçün ayrılan yerlərin müsabiqə şərtlərinin digər təhsil müəssisələrindən aşağı olmasıdır

 2018-ci ildə tələbə qəbulu müsabiqəsində dövlət sifarişli yerlərə qəbulolma üzrə ən yüksək göstərici Azərbaycan İlahiyyat İnstitutu (100.00%), Bakı Ali Neft Məktəbi (99.35%) və Azərbaycan Tibb Universitetinə (86.36%) aiddir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında bildirilib.

Ötən il Azərbaycan İlahiyyat İnstitutu dövlət büdcəsinin vəsaiti hesabına təhsil almaq üçün 60 nəfər tələbə qəbul etmək imkanına malik olub. Bu yerlərdən 35-i bilavasitə onun inhisarında olan, 25-i isə digər ali təhsil müəssisələrinin də iddialı olduqları birgə müsabiqə üçün ayrılan yerlər idi. Azərbaycan İlahiyyat İnstitutunun digər ali təhsil müəssisələri ilə birgə iştirak etdiyi müsabiqələrdə 25 nəfər qalibin 25-i də təhsilini davam etdirmək məqsədilə məhz bu ali təhsil müəssisəsini seçib. Bunun əsas səbəbi bu ali təhsil müəssisəsinə dövlət sifarişi üçün ayrılan yerlərin müsabiqə şərtlərinin digər təhsil müəssisələrindən aşağı olmasıdır. Bakı Ali Neft Məktəbi dövlət büdcəsinin vəsaiti hesabına təhsil almaq üçün 155 nəfər tələbə qəbul etmək imkanına malik olub. Bu yerlərin hamısı digər ali təhsil müəssisələrinin də iddialı olduqları birgə müsabiqə üçün ayrılan yerlər idi. Digər ali təhsil müəssisələri ilə müsabiqədə Bakı Ali Neft Məktəbi böyük üstünlüyə malik olub və 155 nəfər qalibdən 154-ü təhsilini davam etdirmək məqsədilə məhz bu ali təhsil müəssisəsini seçib.




 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR