Dərc edildi: Baxış sayı: 135
Tbilisidə Zəfər Gününə həsr olunmuş aksiya keçirilib
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Zəfər Günü münasibətilə aksiya keçirilib.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, aksiya çərçivəsində üzərində “Xarıbülbül”ün, Şuşanın, Xankəndinin fotoları, eləcə də 8 Noyabr - Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb.
Həmçinin Tbilisi Dövlət Filarmoniya binasının monitorunda 8 Noyabr Zəfər Gününü əks etdirən foto yayımlanıb.
avtomobil gün ərzində paytaxt Tbilisinin mərkəzi küçə və prospektlərindən keçib. Axşam saatlarında aksiya daha maraqlı olub.
İnsanlar avtomobilin üzərindəki şəkilləri maraqla seyr ediblər.
Aksiya axşam saat 23:30-da başa çatacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət