Slimfit
  1. DÜNYA

Ermənistan viza rejiminin liberallaşdırılması ilə bağlı AK ilə məsləhətləşmələrə başlayacaq

Ermənistan viza rejiminin liberallaşdırılması ilə bağlı AK ilə məsləhətləşmələrə başlayacaq
Sakura

Ermənistan viza rejiminin liberallaşdırılması ilə bağlı AK ilə məsləhətləşmələrə başlayacaq

Ermənistan Avropa Komissiyasının (AK) nümayəndələri ilə viza rejiminin liberallaşdırılması məsələsi ilə bağlı məsləhətləşmələrə başlayacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Kazaryan məlumat verib.

“Biz Avropa Komissiyasının müvafiq qurumlarından olan həmkarlarımızla məsləhətləşmələrə başlayacağıq, onlara lazımi məlumat bazası təqdim edəcəyik. Onun əsasında AK mütəxəssisləri Ermənistan üçün proqram hazırlayacaqlar. Lakin nəzərə almaq lazımdır ki, bu, danışıqlar planı deyil, AK-nin işləyib hazırladığı və ölkəyə təqdim etdiyi, lazımi şərtləri göstərən proqramdır ki, bunun təmin edilməsi viza liberallaşdırılmasına nail olmağa imkan verəcək”,-deyə, o bildirib.

 

Bununla yanaşı, Kazaryan Aİ ilə viza rejiminin liberallaşdırılması prosesinin başa çatdırılması üçün təxmini vaxt çərçivəsini açıqlamayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR