Slimfit
  1. BİOQRAFİYA

Tefta Taşko-Koko

Tefta Taşko-Koko
Sakura

Tefta Taşko-Koko (alb. Tefta Tashko Koço) — Albaniya opera müğənnisi

Həyatı

Tefta Taşko 1910-cu il noyabrın 2-də Misirin Əl-Fəyyum şəhərində anadan olmuşdur. Onun valideynləri bura 19-cu əsrdə Albaniyadan köçüb gəlmişdilər. Atasının ölümündən sonra Tefta 11 yaşında olarkən ailəsi yenidən vətənə-Korça şəhərinə qayıdır. 1927-ci ildə ailə yenidən köçməli olur. Bu dəfə isə onlar Fransanın Monpelye şəhərində yaşamağa başlayırlar. Burada Tefta, musiqi məktəbini bitirir. Hələ təhsil aldığı müddətdə Tefta, artıq müəllimlərinin diqqətini çəkmişdi. Ailənin çətin vəziyyətdə olmasına baxmayaraq o, 1932-1935-ci illərdə təhsil aldığı Paris Milli Konservatoriyasında təqaüd alırdı. Burada o Jana Sere və Leo Bermandi kimi pedaqoqlardan təhsil almışdır.

Yaradıcılığı

1935-ci ildə Albaniyaya qayıdan Tefta Taşko, ölkənin ən məşhur müğənnilərindən birinə çevrilərək konsert fəaliyyətləri ilə məşğul olmağa başlayır. Konsertlər ölkənin bütün böyük şəhərlərində keçirilirdi. Müğənnini konsertlərdə əvvəllər pianoçu Tonin Quaraziu sonralar isə Lola Aleksi müşayət edirdi. 1930-cu illərin sonunda müğənninin fonoqram səsyazmaları yaranmağa başladı. Onun repertuarında Albaniyanın müxtəlif regionlarına xas musiqilər yer tuturdu. Onun mahnıları sırasında ən məşhurlarından «Kroi и fshatit tone», «Dola ne penxhere» и «Zare trendafile» və s. göstərmək olar. 1941-ci ildə müğənni həyat yoldaşı Kristo Koço ilə birlikdə peşəkar səsyazma vasitələri ilə mahnılarını yazdırmaq üçün Milana gedirlər. Bu zaman Tefta həm də İtaliyanın opera tamaşalarında çıxış edirdi. Bunların arasında "Traviata" da vardı. 1944-cü ildə Albaniyanın azad edilməsindən sonra Tefta vətənə qayıdır. O, bu zaman radio-proqramlarda da fəaliyyət göstərməyə başlayır.[1]

Ailəsi

1937-ci ildə Tefta Taşko ölkəyə yenicə qayıdmış müğənni Kristo Koço ilə tanış olur. 1940-cı ildə onlar ailə qururlar. 1941-ci ildə İtaliya turu zamanı müğənninin səhhətində ciddi problemlər yaranmağa başlayır. Bu problemlər özünü oğlu dünyaya gəldikdən sonra daha çox göstərir. 1946-cı ildə müğənninin vəziyyəti daha da pisləşir və müalicə üçün SSRİ-yə yollanır. Ona xərçəng xəstəliyi diaqnozu qoyulur. Tefta Taşko 1947-ci ildə 37 yaşında Tiranada vəfat edir.

Xatirəsinin əbədiləşdirilməsi

Ölümündən sonra müğənniyə Albaniya xalq artisti adı verilir. 1973-cü ildə onun haqqında sənədli film-Këndon Tefta Tashko Koço(Oxuyur Tefta Taşko Koço) çəkilmişdir. Müğənninin ölümünün 60-cı ildönümündə Albaniyada qabaqcıl müğənnilərin iştirakı ilə böyük konsert keçirilmişdir. Tirananın küçələrindən biri Tefta Taşkonun adını daşıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR