Slimfit
  1. AZƏRBAYCAN

“Tarixini unutma!” layihəsi çərçivəsində Qubada tədbir keçirilib

“Tarixini unutma!” layihəsi çərçivəsində Qubada tədbir keçirilib
Sakura

“Tarixini unutma!” layihəsi çərçivəsində Qubada tədbir keçirilib

“Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin “Tarixini unutma!” layihəsi çərçivəsində Qubada tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin ilk hissəsi Quba Soyqırımı Memorial Kompleksində təşkil olunub.

Tədbirdə çıxış edən TAM-ın sədr müavini, iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl bildirib ki, Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib, eni zamanda, ölkəmizdə Cümhuriyyətin 100 illiyi ilə bağlı mühüm tədbirlər keçirilir. Həmçinin “Turan Araşdırma Mərkəzi” İctimai Birliyi də Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra layihələr reallaşdırıb. “Tarixini unutma!” layihəsi də onlardan biridir.

Cavid İsmayıl, eyni zamanda, ermənilər müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən bəhs edib.

Ümummilli lider Heydər Əliyevin "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir” sözlərini xatırladan TAM-ın sədr müavini hər bir azərbaycanlının öz tarixini dərindən bilməli olduğunu deyib.

Tədbirdə digər çıxış edənlər də Azərbaycan və türk xalqlarının bir əsrdən çox olan bir müddətdə müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmasından bəhs ediblər. Qeyd olunub ki, ermənilərin 1918-ci ildə təkcə Qubada törətdikləri soyqırımı zamanı 16 mindən çox dinc insan qətlə yetirilib, 122 kənd, 26 məscid, yüzlərlə ev və digər tikililər yandırılaraq məhv edilib.

Sonra tədbirin ikinci hissəsi Quba Rayon Tarix Diyarşunaslıq muzeyində davam etdirilib.

Burada “Turan Araşdırma Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə hazırlanan film nümayiş olunub.

Filmdə bildirilir ki, elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Həmçinin filmdə Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi barədə geniş məlumat verilir.

Xüsusi hazırlanmış bukletlər və film elektron daşıyıcılarda tədbir iştirakçılarına paylanılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR