Slimfit
  1. AVTO VƏ MOTO

Tank mühərrikli 7 avtomobil

Tank mühərrikli 7 avtomobil
Sakura

Tank mühərrikli 7 avtomobil

Amerikalı milyoner və aparıcı Cey Lenonun kolleksiyasında tank mühərrikli Blastolene Special avtomobili var. Bizim üçün də dünyada tank mühərriki ilə təchiz olunmuş avtomobillərin sayı maraqlı oldu. Sizə çox güclü və ağır, eyni zamanda çox gözəl avtomobilləri təqdim edirik.

İlk illüstrasiyada göstərilən belə şedevrlərdən ən gözəli Rendi Qrabb tərəfindən hazırlanmış Blastolene Indy avtomobilidir.

Blastolene Special

Avtomobil həmçinin Jay Leno’s Tank Var adı ilə məşhurdur. O 2002-ci ildə Randy Grubb’s Garage adlı tüninq şirkəti tərəfindən hazırlanıb. Dizayn sıfırdan hazırlanıb; 1930-cu ildə Bonnevill-də sürət rekordu qıran klassik yürüş avtomobillərindən ilhamlanaraq çəkilib. AV-1790-5B mühərriki amerika tanı M47 Patton-dan götürülüb və mühərrik 1134kq çəkiyə malikdir. Avtomobilin ümumi çəkisi 3856kq-dır, bununla belə korpus çox yündüldür, alüminiumdan hazırlanmışdır. Hazır olan kimi Qrabb Cey Lenonu öz avtomobilinə baxmağa dəvət etdi – o da çox düşünmədən maşını aldı və adını dəyişdirdi. Leno təsdiq edir ki, məhz bu avtomobil onun kolleksiyasının (onun kolleksiyasında avtomobil həvəskarlarının heç yuxusuna belə girməyən çoxlu avtomobil var) ulduzudur.

Bu da Blastolene Special avtomobilin sükanı arxasında Cey lenonun özüdür:

 

Mühərrik yaxından:

 

Bir az canlı:

 

 

Blastolene Indy Special

Tank mühərriki ilə təchiz olunmuş avtomobil ideyasından ilhamlanan Randy Grubb’s Garage-dan Rendi Qrabb bu seriyanın ikinci maşınını hazırladı – bu dəfə abstrakt dizaynla deyil, 1952-ci il buraxılışı olan Watson Roadster klassik yürüş avtomobilinin bazasında. Yəni tam onun bazasında deyil – sadəcə olaraq Qrabb 1950-60-cı illərdə yollarda yürüşən Watson-un klassik dizaynını köçürdü. Avtomobilin mühərriki yenə də birincidə olan idi – M47 Patton tankından 910 at gücünə sahib 12 silindrli nəhəng AV-1790-5B idi. Maşın 4 qutulu avtomatik transmissiyaya malikdir və “böyük qardaşından” bir az yüngüldür, “cəmi” 3810kq-dır.

Bu girişdəki maşındır.

Mühərrik:

Kabinə:

Bir az canlı:

Qeyd edək ki, Rendi Qrabb həmçinin 1930-cu ilin fransız Delahaye avtomobilinin dizaynı və yük maşınının 12 silindrli mühərriki ilə hazırlanmış  əcaib gözəl B702-ni də hazırlayıb; həmçinin Piss’d off Pete – 1960-cı il Peterbilt və Detroit Diesel Series 71 (onu sonda Cey Leno alır) avtobusunun dizel mühərriki ilə olan hot rod.

Rodzilla

Lakin Rendi Qrabb – tank dizel mühərrikini avtomobilə qoymağı fikirləşən yeganə kastomayzer deyil. Məs: 2004-cü ildə Rendinin davamçısı başqa avtotüninq emalatxanasının sahibi Rodni Raker eyni M47 Patton tankının AV-1790-5B mühərriki ilə Rodzilla hot rodu hazırladı. “Rodzilla” hazırlayanın familiyası və Qodzilla adının birləşməsindən yaranıb. Avtomobil 1928-ci ilin Studebaker-dən kuzov əldə etdi – Qrabb Rakerdən fərqli olaraq  klassik hot rod hazırlayır və köhnə avtomobillərin əsl kuzovlarından istifadə edir. Kuzov paslı və əzikdir – hansısa zibilxanada tapıblar, Rodni deyir. Kobud, amma uca səslənir, artıq heç nə demək olmaz.

Burada Rodni Raker öz şedevri barədə danışır:

 

 

Sneaky Pete

3 il sonra Rodni Raker yenidən tank mühərriki mövzusuna qayıtdı və özünün ikinci tank rodu Sneaky Pete avtomobilini yaratdı, bu dəfə kuzov kabinəsi qismində 1964-cü ilin Peterbilt yük maşınından istifadə etdi. Mühərrik eyni 1951-ci il buraxılışı olan M47 Pattonun AV-1790-5B-dir. Avtomobilin çəkisi – 4717kq-dır, bununla belə hot-rod 201km/s-a qədər sürətini artıra bilir. Pete Raker Sneaky avtomobilində ölkənin sərhədlərini keçib, Şimali Karolinadan Kaliforniyaya keçir və özünün dediyinə görə maşının yanacağı üçün 9000 dollar sərf edib.

Burada maşını videoya çəkirlər:

Qeyd etmək lazımdır ki, Rodni Raker Blastolene Special avtomobilinin hazırlanmasında iştirak edib – onlar (Rendi Qrabb, Rodni Raker və Maykl Lids) o vaxt Blastolene Brothers ümumi adı altında kastomayzerlər qrupu yığırdılar. Sona Rodni bu şirkətdən ayrıldı və öz işinə başladı.

The Beast

Lakin Rendi Qrabb və Rodni Raker tərəfindən hazırlanmış dörd avtomobil – avtomobil dünyasında tank “mühərrikli” yeganə maşınlar deyil. İlk belə avtomobili ingilis kastomayzeri 1960-cı ildə Pol Ceymson hazırlayıb.  O “Kromvel”, “Senturion” və digər britaniya tanklarında istifadə edilən Rolls-Royce Meteor tank mühərrikindən istifadə edib (bəzi mənbələrin səhv məlumat verdiyi kimi Merlin deyil). Ceymson mühərriki çərçivədə hazırladı, sonra alınmış şassini Epsom şirkətinin mühəndisi Con Dodda satdı, o da maşın üçün şüşə-plastik kuzov hazırladı və alınmış möcüzəni The Beast Mk1 adlandırdı. Bu British Petroleum şirkətinin pulu ilə hazırlandı. Şirkət maşını reklam məqsədləri üçün istifadə etmək istəyirdi və sonra istifadə etdi.

Avtomobil British Petroleum şirkəti reklam edərək bir çox avtomobil salonu və sərgilərinə getdi, lakin Stokholm avtosalonundan geriyə qayıdarkən elə yoldaca alışdı və sükan arxasında olan Dodd-un cəhdlərinə baxmayaraq tam yandı. Sonra Dodd Beast-i bərpa etdi (o vaxt o artıq Ginnesin Rekordlar Kitabına dünyada ən güclü minik avtomobili kimi salınmışdı) və hazırda öz ailəsi və maşını ilə İspaniyada yaşayır. Maşının reklam şəkli:

 

Maraqlıdır ki, Rolls-Royce şirkəti Dodd-u avtomobilində onun simvolundan istifadə etdiyinə görə məhkəməyə verdi, işi uddu və onun RR emblemini özünüz JD inisialına dəyişdirməyə məcbur etdi. Maşının kuzovunu da The Beast Mk2-ə dəyişdi. Bu da yanğından sonra yeni kuzovla:

 

Pol Ceymson sonra Rolls-Royce Merlin aviasiya mühərriki ilə bir neçə maşın hazırladı. Aviasiya mühərriki ilə olan avtomobillər isə çoxdur.

Bu maşın haqqında video:

 

Panzerbike

Lakin tank mühərrikli ən qəribə maşın avtomobil deyil, motosikl olub. Onu 2007-ci ildə Tilo Nibelin rəhbərliyi altında Hanzer Bike Schmiede klubundan olan almanlar hazırladı və daim müxtəlif avropa bayk şoularında nümayiş etdirirlər. Bu 5,5 metrlik vəhşini T-55 tanklarına quraşdırılan (motosikli hazırlayanlara inansaq bu 1986-cı il buraxlışlı yeni mühərrik olub) B-55 sovet tank mühərriki hərəkətə gətirir. Motosikl 4740kq çəkiyə malikdir – bu motosikllər üçün Ginnesin Rekordlar Kitabına düşən dünya rekordudur. Motosiklin bütün detalları tullantı metallardan hazırlanıb – bunlar əsasən köhnəlmiş hərbi texnikanın hissələridir. Əvvəlcə baykerlər motosiklə T-34 mühərriki qoymaq istəyirdilər, lakin sonra xırdaçılıq etmək istəmədilər.

O hərəkətdə:

 

KH Mustang

Bu hələ son deyil. Yuxarıdakılardan başqa avtomobil üçün M4A3 Sherman tanklarına quraşdırılan Ford GAA mühərriki yararlı oldu. Ən azından Kolossal Kustoms şirkətindən olan amerikalı Kevin Haydrix belə fikirləşdi. O bu mühərriki 1970-ci il buraxılışı olan Ford Mustang avtomobilinə quraşdırdı – maşın qarajdan ilk yürüşünə başladı. Ümumilikdə bu bayağı görünür, çünki əvvəlki Ford GAA ilə müqayisədə çox səliqəli və daha kiçik mühərriklədir. Yekunlaşdırılmış maşın:

Mühərrik (iş vaxtı):

Burada maşının iş vaxtı olan bir neçə videoya baxa bilərsiniz.

Bonus

Bu siyahıya daha bir maraqlı avtomobili əlavə etmək olar. Bu yük maşını da deyil, minik maşını da deyil. Bu aerodrom yedəkçisi MAZ-541-dir. Maşın 28,23 ton çəkiyə malik olub, ağır tanklar KB-1 və KB-2-də istifadə olunan B-2 tank dizeli ilə təchiz olunmuşdu. Öndə YAAZ-214, arxada isə MAZ-525 samosvalının təkərləri idi. Bu avtomobil 85 ton çəkisi olan hava gəmilərini dartmaq üçün layihələndirilib və hazırlanmışdı. 1956-cı ildə bu ilk sovet aerodrom dartıcısı idi. Üç maşın hazırlanmışdı, sonra isə onlar metal tullantıya çevrilmişdi.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR