Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Niyazi Aslanov Şərəfxan oğlu

Niyazi Aslanov Şərəfxan oğlu
Sakura

DOĞUM TARİXİ: 25/12/1960 VƏFAT TARİXİ: 04/05/1992

25 dekabr 1960-cı ildə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində dünyaya göz açıb. Orta məktəbi doğulduğu kənddə bitirib. 1979-81-ci illərdə Rusiyanın Altay diyarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdan Niyazi təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirib. Əmək fəaliyyətinə sovxozda aqronom kimi başlayıb. Öz işində ürəklə çalışan gənc mütəxəssis bir müddətdən sonra baş aqronom vəzifəsinə irəli çəkildi. O, həmişə öz işindən fərəh duyur, əməksevərliyi ilə yoldaşlarına nümunə göstərirdi.

Respublikamızın erməni təcavüzünə məruz qalması, qondarma Qarabağ problemi onu gecə-gündüz narahat edir, axıdılan nahaq qanlar varlığını silkələyirdi. Elə ona görə də silaha sarılaraq, Vətənin müdafiəsinə qalxmağa qərar verdi.

1988-ci il... Goranboy rayonunda özünümüdafiə dəstəsi yaradılır. Dəstəyə ilk yazılanlardan biri də Niyazi olur. Ermənilərin azğınlığı onu hərbi texnika axtarıb tapmağa sövq edirdi. Döyüş yoldaşları ilə birlikdə sıradan çıxmış iki tank ələ keçirib təmir etdirir, onları döyüş vəziyyətinə gətirirlər. Həmin tanklarla təkcə Tap-Qaraqoyunlu kəndinin deyil, habelə rayonun bir sıra başqa kəndlərini də erməni hücumlarından qorumağa müvəffəq olurlar. Şəfəq kəndinin ermənilərin əlinə keçmək qorxusu var idi. Niyazi Aslanov öz tankı ilə kəndə girdi və düşməni geri oturtdu.

Niyazi Aslanov Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, 4 may 1992-ci il tarixdə Tap-Qaraqoyunlu kəndinin yaxınlığındakı “Yaltağıl” deyilən yerdə keçirilən əməliyyat zamanı qeyri-bərabər döyüşdə öz komandiri İsfəndiyar Əsədovu ölümdən xilas edərkən qəhrəmanlıqla həlak oldu.

Ailəli idi. İki oğlu həyatda yadigar qalıb.

 Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Tap-Qaraqoyunlu kəndində dəfn edilmişdir. Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.

Mənbə: http://milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR