Slimfit
  1. TEXNOLOGİYA

Müşahidə kameralarını aldatmaq mümkün olmayacaq

Müşahidə kameralarını aldatmaq mümkün olmayacaq
Sakura

Müşahidə kameralarını aldatmaq mümkün olmayacaq

Pekin Universitetinin alimləri süni intellekt vasitəsilə avtomobilləri hətta nömrəsiz dəqiq identifikasiya edən yol kameraları hazırlayırlar. Onlar nə vaxtsa insanları da tanıya biləcək.

Hazırki yol kameraları identifikasiya üçün proqram təminatı tərəfindən müəyyən olunan və polisin verilənlər bazası ilə yoxlanılan dövlət qeydiyyat nişanlarından istifadə edir. Belə kameraları aldatmaq asandır, buna görə də cinayətkarlar saxta nömrədən istifadə edə bilərlər. Sadəcə olaraq saxta nömrəni əsl nömrənin üzərinə yapışdırmaqla kameraları aldada bilirlər.

Çin tədqiqatçıları nəqliyyat vasitəsinin identifikasiyası üçün nömrə plitəsinə ehtiyacı olmayan kamera ixtira ediblər – bunun əvəzində süni intellekt avtomobilin xarakterik xüsusiyyətlərinə fokuslanacaq ki, bu da onu digər analoqlarından seçməyə imkan verəcək. Bu rəng sxemi, təkərlərinin şəkli, əlavə avadanlıq və ya tüninq elementi, kuzovdakı əzik və cızıqlar, ön şüşədəki çip, etiket, güzgüdəki aromatizator, model və mühərrik həcmini göstərən xüsusi etiketlər ola bilər.

Kameralar öz işində dərin tədris alqoritmindən istifadə edir ki, bu da vizual informasiyanı emal edir və avtomobilin bütün fərqli cəhətlərini qeyd edir. İki səviyyəli neyron şəbəkəsi tapılmış bütün atributları iki kateqoriyaya bölür – bir-birindən asılı olmayaraq emal edilən kobud və dəqiq. Proqram təminatı hələlik ilkin hazırlanma mərhələsindədir, lakin bu texnologiyanın nəticəsi sifət xarakteristikalarının identifikasiyasının köməyi ilə insanların izlənməsi üçün də istifadə oluna bilər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR