Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tanınmış həkim qripdən qorunmağın sirlərini aşdı

Tanınmış həkim qripdən qorunmağın sirlərini aşdı
Sakura
:0

Tanınmış həkim qripdən qorunmağın sirlərini aşdı

İnsanlar arasında qrip kimi tanınan “Respirator virus infeksiyaları” əsasən soyuq aylarda yayılmağa başlayır. İlkin əlamətləri boğaz ağrısı, qızdırma və öskürək olan mövsümi epidemiya bəzən ölümlə də nəticələnə bilir. Hər il 250-500 000 insan bu infeksiyaya yoluxur.

Belə olan halda ortaya sual çıxır: “Virusa yoluxmamaq üçün hansı profilaktik tədbirlərə ehtiyac var”?

Publika.az həkim-pediatr Afət İbrahimlinin mövzu ilə bağlı məsləhətlərini təqdim edir:

1) Düzgün qidalanmaq: “Vitamin C tərkibli qidalardan daha çox istifadə etməliyik. Orqanizmi qorumaq üçün soğan, sarımsağa üstünlük vermək, gün ərzində bir neçə dəfə itburnu dəmləməsini qəbul etmək vacibdir”. 2) Yuxu rejiminin düzgün qurulması: “Yuxu sistemini tənzimləmək ən vacib məsələlərdən biridir. Gecə yuxusunu almaq şərtdir. Əks halda immunitet zəifliyi artır və insan asanlıqla xəstələnir”. 

3) Açıq havada olmaq: “İmmunitetin gücləndirilməsi üçün açıq havada olmaq şərtdir. Səhər və axşam ən az bir saat gəzməklə təmiz hava qəbul etmiş olarıq. Bu, virusun məhv edilməsində xüsusi rol oynayır. Xəstə insanla eyni otaqda olarkən məkanı tez-tez havalandırmaqla da virusa yoluxmanın qarşısını almaq mümkündür”.

Tağı Həsənov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR