Dərc edildi: Baxış sayı: 367
Tanınmış futbolçu lətifələrdən ibarət kitab buraxıb
İngiltərənin "Stok Siti" klubunun futbolçusu Piter Krauçun "Necə futbolçu olmalı" adlı avtobioqrafik kitabı işıq üzü görüb.
"Report"un məlumatına görə, kitabda 37 yaşlı hücumçunun karyerası ilə bağlı maraqlı əhvalatları və lətifələri yer alıb. Dərhal populyarlıq qazanan əsər 4330 nüsxə ilə ilk həftəsində ən çox satılan ikinci kitab olub.
Qeyd edək ki, bu mövsüm Piter Krauç Çempionşipdə 7 oyuna 1 qol vurub. 2005 - 2010-cu illərdə İngiltərə millisinin formasını geyinmiş hücumçu 42 matçda 22 dəfə fərqlənib. O, 2006 və 2010-cu il dünya çempionatlarında iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət