Slimfit
  1. MARAQLI

Taksi sənayəsindən razı olmayan sürücülər yeni taksi platforması yaradıb

Taksi sənayəsindən razı olmayan sürücülər yeni taksi platforması yaradıb
Sakura

Taksi sənayəsindən razı olmayan sürücülər yeni taksi platforması yaradıb

Dünyanın bir çox yerində bazarı ələ keçirən yeni taksi platformaları tənqidlərlə üzləşir. Sürücülər bu şirkətləri onları istismar etməkdə ittiham edir. Keniyada isə sürücülər bir araya gələrək, şikayət etməyi dayandırmaq və real həll yolu tapmaq qərarı veriblər.

Keçmişdə Keniyanın taksi sürücüləri əməliyyatları dayandıraraq, taksi sənayəsini idarə edən şirkətlərin istismaredici hesab etdiyi fəaliyyətinə etiraz ediblər.

BebaBeba layihəsinin yaradıcıları isə bu narahatlığı həll etməyə ümid edirlər.

Keniyanın Sürücülər və Tərəfdaşlar Assosiasiyasının sədri Simon Njuguna deyir ki, sürücülər nəticəsiz etirazlardan təngə gəliblər.

Simon Njuguna, Keniyanın Sürücülər və Tərəfdaşlar Assosiasiyasının sədri: “Biz küçələrə çıxırdıq. Bu artıq Keniyada normal hal almağa başalamışdı. Lakin keçən ilin dekabrında elə bir vəziyyətə çatdıq ki, biz həll axtarmaqdan daha çox şikayət etməklə məşğul idik. Beləliklə, bu mövzuda onlayn fəallıq edənlərlə bir araya gəldik və daimi olaraq şikayət etməyi davam edə bilməyəcəyimizlə bağlı razılıq əldə etdik.”

Uber və Taxify kimi şirkətlər sərnişinləri aşağı qiymətlə cəlb etməklə yanaşı, sürücülərə yüksək komissiyalar tətbiq etməkdə ittiham edilirlər. Bu isə sürücülərin qazancına ciddi təsir edir.

Hal-hazırda Uber sürücüləri 25 faiz komissiya ilə çalışırlar. Taxify və digər proqramların komissiyaları isə 15-20 faiz arası dəyişir.

BebaBeba isə komissiyanı 15 faizə qədər endirib. Bununla bərabər sürücülər və avtomobil sahibləri həmin komissiyanın bir hissəsini özündə saxlaya bilirlər.

BebaBeba istifadəçiləri deyir ki, onlar daha çox ödəniş etməyə etiraz etmirlər. Çünki yerli taksi sənayesinə dəstək olmaq istəyirlər.

Ole Lelei, BebaBeba sürücüsü: “BebaBeba-nın qiymətləri sürücülər üçün daha münasibdir. Amma şirkət sərnişinləri də nəzərə alır. Bununla bərabər BebaBeba-nın sürücülər üçün xüsusi sosial proqramları var.”

Njuguna deyir ki, sürücülərin iqtisadi vəziyyətin yaxşılaşdırılması onların məqsədidir.

Simon Njuguna: “Bizim bir şirkət kimi etdiyimiz bürokratiyaya yol verməməkdir. Sürücülərin və tərəfdaşların problemləri və ya sualları varsa, bu həmin an həll edilir. Digər şirkətlərdə isə bu çox uzun çəkir, onlar kiməsə zəng etməlidirlər və s.”

Taxify şirkətinin regional meneceri Şivaçi Muleji şirkətinin qiymət siyasətini müdafiə edir:

“Bizim yüksək komissiya tətbiq etməyimiz artıq onu sübut edir ki, bizim əməliyyatlarda sürücülərin rolu böyükdür. Bunu deməklə yanaşı, qeyd etməliyəm ki, əməliyyatlarımızı icra etməyin, komandaya sahib olmağın reallığı budur. Biz sürücülərə yardım edə bilməli, onları təlimatlandıra bilməliyik.”

Hal-hazırda BebaBeba platformasında 3,000-dən çox sürücü qeydiyyatdan keçib. BuKeniyanın Sürücülər və Tərəfdaşlar Assosiasiyası üzvlərinin təxminən yarısıdır.

 

Mənbə : Amerikaninsesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR