Slimfit
  1. HƏRB

MN: “Azad edilən ərazilərdə 13 mindən çox mina aşkarlanıb”

MN: “Azad edilən ərazilərdə 13 mindən çox mina aşkarlanıb”
Sakura

MN: “Azad edilən ərazilərdə 13 mindən çox mina aşkarlanıb”

Bu ilin may ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 254 hektardan çox ərazi minalardan tam təmizlənib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 37 583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 463 ədəd piyada əleyhinə, 3 318 ədəd tank əleyhinə mina və 12 814 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Əsas səylərin azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR