Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb
Bakıda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən yeddi evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlər mənzillərdən və həyətyanı sahələrdən məişət əşyalarının oğurlandığını bildiriblər.
Həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 33 yaşlı Ceyhun Verdiyev saxlanılıb. Araşdırmalarla onun usta kimi işlədiyi daha bir mənzildən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.
Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət