Dərc edildi: Baxış sayı: 611
Sürüşmədə torpağın altında qalan maşının son halı
Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında baş verən sürüşmə zamanı torpaq altında qalan avtomobil bu gün çıxarılıb.
Bu barədə "Qafqazinfo"ya avtomobilin sahibi Fərrux Qasımzadə bildirib. Baş verən hadisə nəticəsində “Mercedes E Class” markalı avtomobil tamamilə yararsız hala düşüb.
Qeyd edək ki, hadisə noyabrın 25-i səhər saat 5-6 radələrində baş verib. Həmin yolda bir zolaq üzrə təxminən 100 metr uzunluğunda sürüşmə olub. Bu zaman aşağıda yerləşən Bakı buxtası küçəsində park vəziyyətdə olan avtomobilin bir hissəsi sürüşmə nəticəsində torpağın altında qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət