Suriyada müharibə qızışdı: 40 ölü, 80 yaralı - Türkiyədən Rusiyaya "dur" tələbi
“Sputnik” xəbər verir ki, bu barədə məlumatı Rusiya Sülh Mərkəzi yayıb.
Belə ki, müxalif silahlıların hücumu nəticəsində Bəşşər Əsədə sadiq ordunun 40 hərbçisi ölüb, 80 nəfər isə yaralanıb. Mərkəz 50-yə yaxın müxalif silahlının öldürüldüyünü də əlavə edib. Eyni zamanda müxaliflərin iki yaşayış məntəqəsini ələ keçirdiyi, rejim qüvvələrinin geri çəkildiyi bildirilib.
Xatırladaq ki, ayın əvvəlində Suriyanın dövlət KİV-i Dəməşqin hərbi əməliyyatları bərpa etdiyini açıqlamışdı.
Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya müraciət edərək atəşkəslə bağlı verdiyi vədlərə əməl etməyə çağırıb. Türkiyə Rusiyadan Bəşər Əsəd ordusunun İdlibdə əməliyyatları dayandırması üçün tədbir görməyi tələb edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət