Dərc edildi: Baxış sayı: 694
"Suriya böhranının həllinin yeganə yolu..." - Zərif açıqladı
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibinin xüsusi elçisi Qeyr Pedersen ilə Suriyadakı vəziyyəti müzakirə edib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Zərif Q.Pedersenə Suriya böhranının həllinin yeganə yolunun siyasi yol olduğunu deyib:
“İran Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə riayət edilməklə bu məsələdə əməkdaşlıq etməyə hazırdır”.
Q.Pedersen iranlı nazirə Suriya böhranının siyasi həllinin gedişindən danışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət