Dərc edildi: Baxış sayı: 381
Sumqayıt-Bakı qatarında gecikmənin səbəbi açıqlandı
Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.
Bunu Axar.az-a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib:
“Yaranmış nazazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir. Azərbaycan Dəmir Yolları QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət