Slimfit
  1. DÜNYA

Sinqapurun enerjisinə dair - maraqlı faktlar

Sinqapurun enerjisinə dair - maraqlı faktlar
Sakura

Sinqapurun enerjisinə dair - maraqlı faktlar

Müasir möcuzə menecmentlə bağlıdır. Bu - faktiki olaraq heç nədən LUX yaratmaq qabiliyyəti deməkdir.

FED.az xəbər verir ki, enerji sektoru üzrə ekspert İlham Şaban müasir dünyanın möcüzələrindən biri sayılan Sinqapurun enerji sektoru ilə bağlı maraqlı məlumatları açıqlayıb.

Keçmiş Britaniya koloniyası olan və 1965-ci ildə müstəqillik əldə edən Sinqapurun hazırda illik ixracı $400 mlrd ətrafındadır, bunun $18 mlrd-ı neft məhsullarının payına düşür.

Sinqapurun nefti olmasa da ancaq dünya neft sənayesi ilə sıx əlaqəsi var: Dünya üzrə dəniz neftinin kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan üzən qazma qurğularının 70% avadanlığı Sinqapur tərsanələrində istehsal olunur.

Sinqapur müstəqillikdən əvvəl 3 şey ixrac edirmiş: kibrit, balıq qarmağı və balıq tutmaq üçün TOR, indi ixracatın əsas hissəsi informasiya texnologiyaları məhsulları, neft və kimya məhsulları və elektronik avadanlığın payına düşür. Sinqapurun dövlət büdcəsinin gəlirləri $51 mlrd ətrafındadır.

2018-ci ildə şəhər-dövlətin ÜDM-i $364.1 mlrd olub. Sinqapurda 3000-dən çox tanınmış xarici şirkətin ofisi yerləşir. Sinqapurun əhalisi 5.6 mln nəfərdir. Sinqapur şəhəri 1 ildə 50 mlrd kVt/saat elektrik enerjisi istehlak edir və istehlakın 2%-i alternativ enerji mənbələri hesabına həyata keçirilir. Elektrik enerjisi idxal edilmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR