Slimfit
  1. PSİXOLOGİYA

Sevgini proqnozlaşdırmaq olmaz

Sevgini proqnozlaşdırmaq olmaz
Sakura

Sevgini proqnozlaşdırmaq olmaz

Bizim reallıqda xoşumuza gələn insanların arzuladığımıza oxşaması mütləq deyil.

Bir çoxları sevgini tanışlıq saytları və ya sosial şəbəkələrdə yad profillərə diqqətlə baxaraq tapmağa çalışırlar. Münasibət şansını vərdişlər, temperamentin özəllikləri və digər şəxsi keyfiyyətləri cəmləyərək qiymətləndirməyə çalışırlar. Amma hətta insan nəticədə əgər ikinci yarısını tapırsa, bu onun yaxşı hesabladığına görə baş vermir. 

Yuta Universiteti, Devisdə Kaliforniya Universiteti və Şimal-qərb Universitetinin psixoloqları “sürətli tanışlıq” (speed dating) nəticələrini analiz ediblər ki, burada da ümumilikdə 350 tələbə iştirak edirdilər. Onların hamısından böyük sorğu vərəqələrini doldurmağı xahiş etdilər, onlar da öz növbəsində cavan insanların psixoloji keyfiyyətlərini və romantik seçimlərini aşkar etməli idilər. 

Sonra “sürətli tanışlıq” mərhələsi başladı, bu zaman hər bir insan bir neçə dəqiqə müddətində tanımadığı insan ilə ünsiyyətdə olur, sonra başqasına keçir və s.; tədbirin mənası budur - böyük sayda potensial partnyorlardan sizə uyğun olanını seçmək. Eksperimentdə cavan oğlan və ya qız olmasından asılı olmayaraq hər bir iştirakçının belə on iki görüşü oldu, sonra isə ünsiyyətdə olduqlarını qiymətləndirmək lazım idi - o nə dərəcədə maraqlı və seksual cəhətdən cəlbedici idi. 

Məs: gözləmək olardı ki, əgər insan başqasında mənəvi istiliyi və açıqlığı görmək istəyirsə, məhz o insan sürətli tanışlıq zamanı onun üçün daha cəlbedici görünəcək. Həqiqətən bəzi psixoloji xüsusiyyətlərə nisbətən mənəvi istiliyə olan münasibətdə də eyni hal baş verirdi. 

Amma ümumi statistikada heç bir qanunauyğunluq aşkar etmək mümkün olmadı. Yəni insan özünə hansı partnyorla görüşmək istədiyini təsəvvür edə bilər, amma həqiqi münasibətlər xəyali ideala oxşamayan insanla yaranır. 

Əlbəttə ki, elə ola bilər ki, sevgi və ya maraq gözlənilən parametrlərə uyğun gələn insanla münasibətdə görünəcək - amma gözlənilən parametrlər axtarışın etibarlı aləti kimi işləmir.  Yəni, Psychological Science jurnalındakı məqalədə deyildiyi kimi əsl fiziki və mənəvi marağın gözlənilməz olur. Görünür bunu onunla izah etmək olar ki, belə işlərdə xoşbəxtlikdən sadəcə bizə lazım olanı özümüz belə bilmirik. 

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Elm və həyat jurnalı (Rusiya)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR