Səudiyyə neftin qiymətini “öldürür”
Son günlər bareli 45-46 dollara satılan neftin qiyməti kəskin aşağı düşüb. Mütəxəssislər bunda Səudiyyə Ərəbistanının birbaşa rolu olduğunu bildirir.
Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, “Brent”in bareli 42 dollardan da aşağı təklif olunur. Axırıncı dəfə bu qiymətə iyulun sonlarında rast gəlinmişdi. İyulun 30-dan sonra 41.51 göstəricisi ən aşağı sayılır.
WTI daha çox dəyər itirib. Amerika nefti iyulun 10-dan bəri bu qədər ucuz olmamışdı. Sentyabrın 7-də gün ərzində 38.55 göstəricisi qeydə alınıb.
Səudiyyə Ərəbistanı neftin qiymətini bilərəkdən “öldürmək”də ittiham olunur. Ərəblər bazarda mövqeyini gücləndirmək üçün asiyalı tərəfdaşlara çox ucuz yanacaq təklif edir. Oktyabrdan Çin neftin barelini 1.4 dollar ucuz alacaq. Bazarda belə güzəşt gözlənilmirdi. İndi investorlar daha ehtiyatlı davranmağa başlayıb. Onsuz da pandemiyaya görə hamı risk etməyə çəkinir.
Neftin qiyməti martdan qənaətbəxş deyil. Məhz Səudiyyə Ərəbistanının Rusiya ilə yola getməməsi bazarda inqilab effekti yaratmışdı. Onda neftin qiyməti təxminən iki dəfə aşağı düşmüşdü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət