Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sərinləşdirici içki alanda nələrə diqqət etməliyik?

Sərinləşdirici içki alanda nələrə diqqət etməliyik?
Sakura

Sərinləşdirici içki alanda nələrə diqqət etməliyik?

 

İctimai iaşə müəssisələrində verilən sərinləşdirici içkilərdən zəhərlənməmək üçün onların rənginə diqqət etmək lazımdır.

Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət şöbəsinin müdiri Aysel Cəlilova bildirib.

O qeyd edib ki, insanlar yalnız restoranlarda deyil, marketlərdə də diqqətli olmalıdırlar:

“İlk növbədə, müştəri məhsulu alan zaman onun vizual görünüşünə baxmalıdır. Qablaşdırmada hər hansı şişmə halı varsa, o məhsulu almaq lazım deyil. Eyni zamanda, tetra-pak qablaşdırmalarda olan sərinləşdirici içkilərin də qablaşdırılmalaına diqqət edib, daha sonra almaq lazımdır. Şəffaf şüşə qablarda isə rəng dəyişikliyini aydın şəkildə müşahidə etmək olur.

Bu kimi məhsulların istehlakı qida təhlükəsizliyi baxımından yanlışdır. Satıcılar bu məhsulların saxlanma şəraitinə riayət etməlidirlər. Sərinləşdirici içkilərin Günəş şüalarının birbaşa təsiri altında saxlanılması yanlışdır. Bundan başqa, küçələrdə açıq piştaxtalar üzərində meyvə şirələri və digər qablaşdırmalarda olan sərinləşdirici içkilərin saxlanması qida təhlükəsizliyinin kobud şəkildə pozuntusu deməkdir”.

Müxtəlif adlarda qazlı və qazsız suların satışına da münasibət bildirən A.Cəlilova məhsulların üzərində göstərilməli olan minimum məlumatlardan da danışıb:

“İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, hər bir məhsulun üzərində göstərilməsi vacib olan minimum məlumatlar var. Həmin məlumatlarda məhsulun tərkibi, saxlanma şəraiti qeyd olunur. Əgər bununla bağlı hər hansı məqamla rastlaşan istehlakçı varsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Qaynar xətt”inə müraciət edə bilər. Tez bir zamanda agentlik tərəfindən şikayət əsasında araşdırmalara başlanılır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR