Slimfit
  1. MƏDƏNİYYƏT

Səməni

Səməni
Sakura

Səməni

Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur.

Tərif və məna

Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır. Son dövrlərdə satış üçün də səməni hazırlanır və hər bir evdə səməni olmasına yaxşı imkan yaradır.

Hazırlanması

Buğdanı təmizləyib suya qoyub 2-3 gün saxlayırıq.
Buğda şişəcək.
Buğdanı sudan çıxarıb dəsmalın üstünə səririk suyu çəkilir.
Suyu çəkildikdən sonra buğdanı qaba tökürük.
Tənzifi suya salıb isladıb buğdanın üstünə səririk.
Tənzif yaş qalmalıdır. Buğda cücərməyə başlayanda tənzifi götürürük.
Səməninin suyunu elə vermək lazımdır ki, altında su yığılıb qalmasın. Quruluğuna baxıb 2 gündə bir su vermək olar.

Etimologiya

(Sem/Som) kökündən törəmişdir. Doluluk, saflıq bildirir. Sümen/Suma sözcüyü qədim altayca və monqolcada "şaman" mənası daşıyır. Halha ləhcəsində sum, buryatçada hum, dagur dilində sum sözləri işlədilir. Mongur dilində isə söz semen şəklindədir. Monqolcada sem gizlilik, sirr mənaları daşıyır. Som/Soma sözü türk dilində özündə qürur, şərəf və iz, işarə kimi mənalar da ehtiva edir. Bu məna tunquzcada sama sözü ilə qarşılanır. Monqolca sem, tunquzca sümen kökü "gizlətmək" mənasını da verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR