Şeiri necə əzbərləyək?
Arada qarşımıza gözəl şeirlər çıxır, onları yadda saxlamaq istəyirik. Ya da şeiri yadda saxlamağa məcbur oluruq (məktəb, universitet və s.). Lakin, bizim üçün çətin olan cəhətlərdən biri də şeiri əzbərləməkdir. Bəzən saatlarla, bəzən isə günlərlə zəhmət çəkir, lakin bir nəticə əldə edə bilmirik. Şeir əzbərləmək üçün hafizə əsas səbəblərdəndir. Lakin, hafizənin zəifləməsinə də ən böyük zərbə vuran fikir dağınıqlığıdır. Daha diqqətli olsaq, səy göstərsək, bir nəticəyə vara bilərik. Mütləq! İndi isə, keçək əsas məsələyə...
Səsli oxuyun. Milli.Az meslehetdir.com-a istinadən bildirir ki, şeiri əzbərləmək üçün ilk addım onu səsli formada oxumaqdır. Adətən insanlar şeiri ürəklərində ouyur. Lakin, sizin qulaqlarınız da bunu duymağa ehtiyacı var. Ən azı, bir şeiri bir neçə dəfə uca səslə oxuyun. Çalışın ki, şeir dilinizə yatsın (otursun).
Təsviri canlandırın. Şeirin sözlərindən əlavə onun yaratdığı təsviri gözünüzün önündə canlandırın. Misal üçün:
Dərsə gedən bir uşaq.
Çıxdı buz üstə qoçaq. - Beyninizdə bu şeirin təsvirini çəkin ki, bu informasiya olaraq beyinə ötürülsün.
Sözləri yadda saxlayın. İndi isə, şeirə diqqətlə baxın. Bu səfər sözlərə diqqət yetirib, onların nizamını, düzülüşünü yadda saxlamağa çalışın. Bu dəfəki missiyanız sözlərlədir. Onu aramla oxuyun.
Şeiri yazın. Daha sonra şeiri bir vərəqə köçürtməyə çalışın. Bunu səslə oxuya-oxuya etsəz, daha effektli olacaq.
Uzun şeirləri parçalayın. Şeirin düzülüşü uzun olduqda, onu bir neçə hissəyə ayırın. Bu gözünüzə daha rahat görsənəcək. Onu hissələrə ayırıb, parçalayıb öyrəndikdən sonra, hamısını bir yerə cəmləmək daha rahatdır.
Əzbərlənmiş sətlrəri bir-bir artırın. Yazdığınız birinci vərəqə diqqət edin. Birinci kəlməni öyrənin, sonra ikincisini. Daha sonra hər ikisini bir yerdə deyin. Məsələn:
Birinci addım: Dərsə gedən bir uşaq
İkinci addım: Çıxdı buz üstə qoçaq.
Üçüncü addım:
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq
Dördüncü addım: Sürüşdü birdən-birə
Beşinci addım:
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq
Sürüşdü birdən-birə - Beləcə, davam edin.
Çətin yerləri ayrıca yazın. Bəzən şeirdə elə bir yer olur ki, daim yaddan çıxır. Adətən bu başlanğıcda olur. Belə olduqda, onu kiçik bir kağıza qeyd edin. Çaşarkən, vərəqə baxıb davam edin. Bunu bir neçə dəfə etdikdən sonra, artıq vərəqə ehtiyac qalmayacaq.
Mütəmadi məşq edin. Deyilənə görə məşq etməyən bir insan bir səhifəni bir saata əzbərləyə bilir. Daha çox məşq etməklə bu müddəti daha çox azalda bilərsiz. Əgər vaxtınız boldursa, yatmamışdan 20 dəqiqə əvvəl şeirlə məşğul olun. Axşamlar beyində öyrənilənlər yenidən mənalandırılır. Bir də görəcəksiz ki, ağızınızdan şeirin kəlmələri çıxır. Bunu bir neçə gün təkrar edin. Səhər tezdən də oxumağın çox böyük təsirləri var. Beyin informasiyasız olduğu üçün onu təmiz səhifəyə yazırsız.
Hər bir şeyin başında məşq etmək və səy göstərmək, ən əsası isə, ümidsizliyə qapılmamaq gərəkdir!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət