Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Səhər yeməmək, axşam gec yemək ürək üçün təhlükəlidir

Səhər yeməmək, axşam gec yemək ürək üçün təhlükəlidir
Sakura

Səhər yeməmək, axşam gec yemək ürək üçün təhlükəlidir

Səhər yeməyni buraxmaq, axşamlar isə geç yemək ürək tutması keçirən insanlara mənfi təsir göstərir. Avropa kardioloqlar cəmiyyətinin araşdırmasına əsasən, bu cür zərərli vərdişlər təkrar infarkt keçirmək ehtimalını və ürəktutmasından bir ay sonra erkən ölümü 4-5 dəfə  artırır.

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Braziliyanın San-Paulu dövlət universitetindən olan həkim Markos Minikuççi qeyd edir ki, şam yeməyi və yatmaq arasında minimum iki saat ara olmalıdır. Bu zaman səhər yeməyi sutkalıq kalorinin 15-35 faiz təşkil etməlidir.

Mütəxəssislərin fikrincə, səhər yeməyinin tərkibinə süd məhsullarının (süd, yoqurt, yaxud pendir) , karbohidratlar və meyvə daxil edilməsi arzulanandır.

Araşdırmaya orta yaşları 60 təşkil edən 113 xəstə cəlb olunub. Sınağa çəkilənlərin 73 faizi kişi cinsinin təmsilçiləri olub. Könüllülər intensiv terapiya şöbəsinə daxil olduqda öz rasionları barədə məlumat verməli olublar. Müəyyən olunub ki, məhz səhər yeməyinin buraxılması və axşam gec yemək qəbulu ürək tutmasından sonrakı proqnozları xeyli pisləşdirib.

“Əgər uzunömürlü olmaq istəyirsinizsə, onda kral kimi səhər yeməyi qəbul etməlisiniz”, – Mimikuççu vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR