Dərc edildi: Baxış sayı: 324
Səfərbərlik Xidmətinin yeni rəisi kollektivə təqdim olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuş Mürsəl İbrahimov kollektivə təqdim olunub.
"Report" xəbər verir ki, M.İbrahimovu kollektivə Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov təqdim edib.
X.Əhədov Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini kollektivə çatdırıb, xidmət rəisinə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xatırladaq ki, Mürsəl Qorxmaz oğlu İbrahimov Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət