Slimfit
  1. AZƏRBAYCAN

Səbail RİH Nizami küçəsində səyyar ticarətə icazə verilməsinə münasibət bildirib

Səbail RİH Nizami küçəsində səyyar ticarətə icazə verilməsinə münasibət bildirib
Sakura

Səbail RİH Nizami küçəsində səyyar ticarətə icazə verilməsinə münasibət bildirib

Səbail Rayon İcra Hakimiyyəti Nizami küçəsi və digər mərkəzi yerlərdə səyyar ticarətə icazə verilməsinə münasibət bildirib.  

İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov "Report"a deyib ki, ticarət və iaşə obyektləri paytaxtın mərkəzində, hamının “Torqovaya” adlandırdığı Nizami küçəsində çoxluq təşkil edir. 

Onun sözlərinə görə, ancaq piyadalar üçün nəzərdə tutulan bu küçədə mövcud ticarət də Avropa ölkələrində olduğu kimi təşkil olunur: "Çoxsaylı kafe və digər iaşə obyektlərinin qarşısında səyyari xidmətin təşkili, küçədə turistlər üçün stulların qoyulması xaricdə adi hal sayılır. Məlumdur ki, paytaxtda aparılan işlər heç də dərhal öz həllini tapmır, yeni strukturun yaradılması, dəyişikliklərin baş verməsi bir sıra şəxsləri qıcıqlandırır, görülən işlərə kölgə salmağa cəhdlər edilir. Belə ki, bəzi elektron KİV-lərdə Nizami küçəsi ilə bağlı arabir məqsədli şəkildə mənfi fikir doğuran yazılar yerləşdirilir. Buna həm də bir-biri ilə rəqabət aparan obyektlərin sahibləri də təhrik edirlər".

O qeyd edib ki, Nizami küçəsi və digər mərkəz ərazilərdə səyyar ticarətə icazə verilməsi Rayon İcra Hakimiyyətlərinin deyil, şəhərin Ticarət Departamentinin səlahiyyətlərinə aiddir: "Obyektlərə bu qurum tərəfindən nəzarət olunur və hər hansı pozuntulara yol verilməsi hallarının qarşısı alınır. Burada qeyd olunmalıdır ki, Nizami küçəsindəki mövcud sıxlıq Avropanın ən çox turist qəbul edən şəhərləri ilə müqayisədə xeyli azdır. Gələcəkdə də bu istiqamətdəki işlər dünya praktikasına uyğun, sivil qaydada aparılacaq, ölkəyə, paytaxtımıza daha çox turist cəlb etməklə qeyri-neft sektorunun inkişafına, bununla da yeni iş yerlərinin açılması və ictimai-iaşə və ticarət sektorunda müsbət dəyişikliklərə nail olunmağa səy göstəriləcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR