Slimfit
  1. AZƏRBAYCAN

Saxavət Ağamirov: "Azərbaycan teleməkanında verilişlərin reytinqi həmişə mübahisəli olub"

Saxavət Ağamirov: "Azərbaycan teleməkanında verilişlərin reytinqi həmişə mübahisəli olub"
Sakura

Saxavət Ağamirov: "Azərbaycan teleməkanında verilişlərin reytinqi həmişə mübahisəli olub"

Fins.az "Xəzər Televiziyası və Radiosu"-nun reklam üzrə koordinatoru Saxavət Ağamirovun müsahibəsini təqdim edir.

- Reklam bazarının dürümunu necə qiymətləndiririsiniz?

 - Son dövrlər reklam bazarında ümumi olaraq əvvəlki illərə nisbətən artım hiss olunur. 2015-ci ildə olan  devalvasiya nəticəsində şirkətlər öz xərclərini azaltmağa çalışaraq, biznes inkişaf planını da yenidən formalaşdırdılar. İqtisadi qeyri-sabitliklə bağlı çətinliklər ilk aylarda bütün sahələrdə olduğu kimi, reklam bazarında da müşahidə olundu. Məlumdur ki, devalvasiya və bu kimi  böhranla nəticələnmə etimalı çox olan mənfi yönlü iqtisadi sıçrayışlar  əhalidə ödəniş qabiliyyətini aşağı salır. Təbii ki, devalvasiya  reklam bazarına da təsirsiz ötüşmədi. Qeyd edim ki, hətta böyük şirkətlər belə reklam büdcəsini komplekləşdirərək azlaltmağa  üstünlük verdilər. Bundan əlavə reklam sahəsində dünya çapında eyni zamanda ölkəmizdə prioritetlər nisbətən dəyişdi. Belə ki, əvvəllər reklam büdcəsində əsasən televizyalara üstünülük verilərək bu sahəyə daha çox büdcə ayırılırdısa indi bu tendensiya dəyişib. Artıq hər bir şirkət reklam büdcəsinin əsas hissəsini televizyalarla yanaşı rəqəmsal resurslara - müxtəlif saytlara, internet panellərinə, sosial şəbəkələrə, online bloqlara da maliyyə vəsaiti ayırmağa çalışırlar. Bu yeni tendensiya reklam sahəsində televizyaların aktuallığının nisbətən zəifləməsinə gətirib çıxarsa da, hələ də televizyalar reklam sahəsində öz liderliyini qoruyub saxlayır.

- Ümumiyyətlə reklam bazarının böyük oyunçuları sizin fikrinizcə hansı şirkətlərdir və yaxud hansı brendlərdir?

- Azərbaycan reklam bazarı təbii ki, dünya reklam bazarına nisbətən çox kiçikdir. Əvvəlki illərədə Azərbaycan reklam bazarının əsas payı yerli şirkətlərdən mobil operatorlar, iri holdinqlərin məhsulları, banklar, sığorta şirkətləri və avtomobil brendləri tuturdu. Son illərdə reklam bazarında yerli şirkətlərdən  əsasən qida sektorunun istehsalçı şirkətlərinin  müxtəlif məhsulları və xarici brendlər tutur. Ümumi yanaşmada şirkətlər reklam xərclərini azaldıblar.

- Televiziya verlişlərinin keyfiyyətini artırmaq üçün ən əsas amil nədir?

- Hazırda Azərbaycan Respublikası KİV-lərin kəmiyyətinə görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Bu gün Azərbaycanda, 4 –ü dövlət və 9-u özəl olmaqla  ümumrespublika üzrə yayımlanan  13 televizya və 13 radio kanalı fəaliyyət göstərir . Televiziya verlişlərinin keyfiyyətini artırmaq  üçün müasir dövrün tələblərini nəzərə alaraq televiziya və radio kanalları, daim yeniliklər etməli, auditoriyasını, ictimai rəyə təsir imkanlarını maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma müvəffəqiyyətinin genişləndirməlidir.

Televizya verlişlərinin hazırlanmasında əsas şərtlər balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmətdir. Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha  məsuliyyətli yanaşma tələb edir. Televiziya kanallarının bu sahə ilə bağlı maraqlı, tamaşaçının diqqətini cəlb edə biləcək verilişlər hazırlamasına böyük ehtiyac var. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın tarixi, burada boya-başa çatan görkəmli dövlət, mədəniyyət və incəsənət xadimləri haqqında yüksək səviyyəli verilişlərin təşkili ictimaiyyət tərəfindən maraqla qarşılana bilər. Bu tip verilişlər  vətənə, torpağa bağlılığın artırılmasına kömək edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər. Belə verilişlərə misal olaraq Xəzər TV-də mədəniyyət və incəsənət xadimlərindən bəhs etməklə yanaşıədəbi və bədii prosesləri efir məkanına daşıyan “Könül Dünyamız”  və AZTV-də yayımlanan hərbi vətənpərvərlik proqramlarını göstərmək olar. Azərbaycan televiziya və radio kanallarında, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranıb. Hesab ediəm ki, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi kimi məsələlər televizya və radiolarda daha ön plana çıxarılmalıdr.

Ən reytinqli 5 aparıcının adını açıqlayardınız. Bizə çox maraqlıdır?

- Azərbaycan teleməkanında verilişlərin reytinqi həmişə mübahisəli olub. Bu gün fəaliyyət göstətən kanallar arasında  ən reytinqli proqram iddiasında  olan Xəzər TV-də aparıcı Zaur Kamalın təqdimatında yayımlanan “55”,  Xoşqədəm Hidayətqızının apardığı “Səni axtarıram”, ATV-də Zaur Baxşəliyevin müəllifi olduğu  “Bizimləsən” televizya proqramlarını qeyd etmək olar. Hazırda elə bir boşluq var ki ilk 5 –liyin sadəcə ilk 3-lüyü tamamlanır onlardan sonra gələnlər artıq 6 lıqda olurlar.

Efirdə gedən reklamlardan brendlər effekt görür? Və görülən effekti 10 ballıq şkalanan neçə qiymətləndirərdiz?

- İlk dəfə televiziya efirinə reklam 1930-cı ildə verilib. Azərbaycanın televiziya arenası gəncdir. Mövcud reklam resursları əsasən məhz reytinq cədvəlləri əsasında bölünür. Bu da bir həqiqətdir ki, qalmaqallı şou verlişləri hələlik reytinq siyahılarının önündə gedir. Brendlər reklam verməklə kifayətlənməməli reklam etdikləri məhsul və brendi alıcı qüvvəsinə çatması üçün ilk növbədə öz şirkətlətində biznesin təşkili və strateji inkişaf, reklam və marketing ardıcıllığını  əvvəlcədən düzgün ardıcıllıqla nizamlamalıdır. Məsələn, alıcı eşitdiyi və ya gördüyü hər hansı bir məhsulu əldə etmək üçün lazım olan məkanlara getdiyi zaman artıq reklam olunan brendin məhsulu həmin məkanda  alıcıya təqdim olunan məhsullar arasında olmalıdır ki, alıcı onu rahat tapıb əldə edə bilsin. Qeyd etmək istəyirəm ki, reklamın işi alıcını həmin məkana  yönəltməkdir. Artıq alıcının ordakı qərarı reklamın yox brend və ya şirkətin apardığı siyasətin uğurundan aslıdır. Düşünürəm ki,  reklam effektivliyi 10 ballıq şkala üzrə televizyalarda vizuallıq olduğuna görə yəni alıcı məhsulu  gördüyü və haqqında eşitdiyi üçün seçim daha rahatdır. Televizyalarda verilən reklamların effektivliyini alıcı brendin məhsulunu gördüyü üçün 8-9, radiolarda isə sadəcə eşitdiyi üçün 5-6 bal ilə qiymətləndirmək olar.

- Yaxın qonşu ölkələrimizdə  çəkilən seriallar dünyanın bir çox ölkələrində yayımlanır. Azərbaycanın yeni çəkillən seriallara dövlət kifayət qədər pul ayırır. Fikrinizcə ölkəmizdə çəkilən seriallar niyə digər ölkələrdə yayımlanmır, səbəb nədir?

- Azərbaycanda ilk milli serial ötən əsrin 90-cı illərində yaranıb. Görkəmli kinorejissor Lütfi Məmmədbəyovun yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanı əsasında 1994- cü ildə çəkdiyi 12 hissədən ibarət eyniadlı serial Braziliya, Latın Amerikası teleseriallarına qapanıb qalan Azərbaycan tamaşaçısını, az da olsa, maraqlandırmışdı.

Bundan ruhlanan rejissor digər seriallarını çəkdi. Keyfiyyət baxımından çox da qənatbəxş olmayan həmin işlər Azərbaycana yerli serial anlayışını gətirmiş oldu. Amma bu serialların da  “ömrü” xarici oxşarlarının “ömrü” kimi uzun olmadı və təbii ki, tamaşaçılar yenidən Braziliya və Latın Amerikası seriallarına üz tutdu. Həmin dövrdən bir müddət sonra yerli rejissorlar tərəfindən AzTV-də “Yandırılmış körpülər”, “Space”də “Bəyaz həyat”, ANS-də “Qızlar”, “Qaydasız döyüş” kimi seriallar çəkilsə də bu serialların demək olar ki, heç biri tamaşaçının diqqətini cəlb edə bilmədi. Hazırda, türk teleseriallarına dünyanın 140-dan çox ölkəsində 400 milyondan çox tamaşaçı baxır. Türkiyə serial ixracında uzun illərdir ki, Amerikadan sonra ikinci yeri tutur. Azərbaycanlılar arasında da türk  seriallarını sevən az deyil.Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyə təkcə 2015-ci ildə xaricə teleserial satışından 250 milyon dollar qazanıb. Son   illər Azərbaycanda milli kinonun inkişafı ilə bağlı bir çox işlər görülüb, önəmli       adımlar addım atılıb. Dövlətin bu sahəyə daha yaxından diqqət və qayğısının göstəricisi kimi, Prezident  İlham Əliyev 2011-ci ildə imzaladığı "Milli televiziya filmlərinin istehsalına maliyyəyardımının göstərilməsi"   haqqında”sərəncamını qeyd etmək istərdim. Kino çəkilməsi sahəsində  təcrübənin azlığı ilə bağlı çoxsaylı problemləri aradan qaldırmaq lazımdır. Düşünürəm ki, bu sahəyə düzgün işin bilən, istedadlı işləmək həvəsində olan rejissorlar və  produserlər cəlb olunmaqla də digər sahələrdə olduğu kimi uğurlar əldə etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR