Slimfit
  1. KİŞİLƏR ÜÇÜN

Sarışın yoxsa qarayanız? Kişilər hansını seçir?

Sarışın yoxsa qarayanız? Kişilər hansını seçir?
Sakura

Sarışın yoxsa qarayanız? Kişilər hansını seçir?

Bu sual hər zaman həm kişiləri, həm də qadınları narahat edir. Axı müasir dövrdə kosmetik vasitələr o qədərdir ki, qadın hansını istəsə seçə bilər: sarışın da ola bilər, qarayanız da.

Antropoloji faktlar

Açıq saçlı genin daşıyıcıları yaşayan ölkələrdə əhalinin azalması tendensiyası hökm sürür. Baltikyanı ölkələrin sahilləri, almanlar, slavyanlar və skandinavların ailələrində çox vaxt cəmi bir uşaq olur. Lakin Çin və Hindistanın tünd saçlı əhalisi həmişə artır.

Sarışın uşağın doğulması üçün hər iki valideynin açıq rəngdə saçı olması faktını nəzərə alsaq belə nəticəyə gələ bilərik ki, təbii sarışınlar bir neçə nəsil sonra çox az qalacaq.

Bir az tarix

Gəlin tarixi məlumatlardan başlayaq, xüsusən də sarışın qızlar haqqında. Belə alınıb ki, tarixdə ilk məşhur sarışın qadın - əfsanəvi olub. Dəniz köpüyündən yaranan, sevgi və gözəllik allahı olan Afroditadan söhbət gedir. Məhz Yunanıstanda qadınlar ilk dəfə saçlarını açıq etməyə başladılar. Onların köməyinə o zaman turşumuş eşşək südü yetişib.

Belə bir fikir var ki, Afrodita məhz qızılı saçına görə yunan allahlarının içərisində ən gözəli olub. O allahların içərisində yeganə sarışın olub.

Romalılar bütün roma mədəniyyəti kimi bu dəbi Yunanıstandan götürüb. Lakin metod fərqli idi – Apennin adasının tünd saçlı qadınları bədənlərini deyil, vaxtlarının çox hissəsini saçlarını günə verərək evlərin damında keçirirdilər. Düzdür, bu dəb ancaq aşağı təbəqənin qadınları arasında yayılmışdı.

Orta əsrlərdə öz xarici görünüşünü bəzəmək şeytan əlaməti sayılırdı. Buna görə də orta əsrlər qadınlar üçün sözün həqiqi mənasında “qara” olub.

Saçın əhəmiyyətli açıq rəngə çevirmək üzrə olan ən böyük addımı fransızlar atdı. Kim buna şübhə edirdi ki?! Son fransız imperatriçası Yevgeniyanın şəxsi bərbəri Quqo saçın rəngini açıq etmək üçün ilk dəfə hidrogen peroksiddən istifadə etdi. O vaxtdan (bu XIX əsrin 50-ci illəri idi) bu vasitədən bütün dünyanın qadınları yararlanır.

XX əsrin əvvəllərindən kino və televiziya yarandığı dövrdən ümumi fikir və dəyərlərə təsir göstərib. İlk “gözəllik etalonu” rəsmi tituluna saçı rənglənmiş sarışın Merlin Monro layiq görüldü.

Seçim psixologiyası

Nə üçün bu sual ümumiyyətlə qadınları narahat edir? Hər şey saçın açıq rənginin qəbul edilməsindən asılıdır. Deyək ki, hər şey psixologiyadan asılıdır. Tünd saça malik qarayanız qadınlar  kişilər tərəfindən özünə bərabər olaraq qəbul olunur. Bu aşkar faktdır ki – onlar çoxdur! Qarayanız qadınlar güclü, sadiq, dərrakəli, aktiv və səmimi olurlar – kişilər tərəfindən bu fikir tünd saçlı qadınlar haqqında formalaşıb. Sarışın qadınları isə kişilər belə təsəvvür edir: müdafiəsiz, zəif, zərif, qadın kimi.. Belə çıxır ki, açıq rəngli saça malik qadın – ikiqat qadındır!

Maraqlıdır ki, saçını sarışın rəngə boyamış qadın qəbul olunmuş obraza təqlid edir. Onun davranışında ona xas olmayan küsəyənlik, müəyyən əda, zəiflik və müdafiəsizlik özünü göstərir. Son illər isə sarışınların axmaqlığı, həmçinin uşaqlıq xüsusiyyətləri barədə fikirlər formalaşıb.

Quru statistika

Kişilərin seçimi məsələsində araşdırma nəticələrini ümümiləşdirsək belə nəticə əldə etmək olar:

Sorğuda iştirak etmiş kişilərin 40%-i sarışınlarla roman istəyir, onların cəmi 15%-i onlarla evlənmək istəyir. Cəmi 18% sevgili kimi tünd saçlı gözəl istəyib, lakin 60% isə onlarla evlənmək istəyib.

Belə seçim elmi əsasa malikdir. Kişilər sərt və geniş ombalar və böyük sinəsi olan qarayanız qadınlara (əsas genə) üstünlük verirlər.

Amma birbaşa kontaktı nəzərdə tutan (həm vizual (foto), həm də görüş) təcrübələrdə isə nəticələr sarışınların xeyrinə olurdu. On kişidən yeddisi açıq saçlı qadınları seçirdi.

Aydın oldu ki, bu təsadüfi deyil – sarışınlardakı “cəlbedici” feromonlar tünd saçlı qadınlardan bir neçə dəfə güclüdür.

 

Bəs siz hansına üstünlük verirsiniz? Fikirləriniz şərhdə bildirin.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR