Slimfit
  1. PSİXOLOGİYA

Kişilərin qadınlara qarşı dəyişməyən duyğularını və ən zəif nöqtələri

Kişilərin qadınlara qarşı dəyişməyən duyğularını və ən zəif nöqtələri
Sakura

Kişilərin qadınlara qarşı dəyişməyən duyğularını və ən zəif nöqtələri

Kişilərin bəzi qadınlara qarşı olan zəif nöqtələri əslində, düşündüyümüz qədər qarmaqarışıq deyil. Sadəcə, kişilərin nəsildən-nəslə ötürülmüş genləri deyə bilərik. Aparılan araşdırmalar nəticəsində kişilərin qadınlara qarşı ən zəif nöqtələri bəlli olub. Beləliklə, illər keçsə də kişilərin qadınlara qarşı dəyişməyən duyğularını və ən zəif nöqtələrini təqdim edirik:

Uzun saç – Kişilər uzun və gur saçları olan qadınların uşaq dünyaya gətirmək üçün daha əlverişli olduğunu düşünür və onları daha çəkici hesab edirlər. Araşdırma nəticələrinə görə, kişilər qısa saçlı qadınları ciddi hesab etdiyi halda uzun və dalğalı saça sahib olan qadınları həyat sevgisi ilə dolu, şən və çəkici hesab edirlər.

Qırmızı don – Şəhvətin, eşqin, məhəbbətin və ehtirasın rəngi qırmızıdır… Kişilərin ən çox diqqətini çəkən rəng olaraq birinci yerdə dayanır. Bu rəng geyinən qadınlar kişilərin radarına düşürlər. Adi qırmızı köynək belə kişilərin diqqətini cəlb etməyə yetərli ola bilir. Aparılan araşdırma nəticələrinə görə, kişilər hər dəfə qırmız geyinən qadınların digərlərindən daha cəzbedici olduğunu düşünür.

İncə bel – Kişilərin arıq və nərmə-nazik belli qadınlardan xoşu gəldiyini düşünürsüzsə, yanılırsınız. Belə ki, kişilərə proporsional bədən ölçüləri olan qadınlar daha cazibəli gəlir. Kişilərin ən zəif damarı isə incə beldir… Həcmli sinə və cazibədar ayaqlar arasında qalan incə bel kişilərin ən zəif nöqtəsi kimi qiymətləndirilir.

Sarışınlar – Sarışın qadınlar kişilərə daha məsum və saf görünür. Bunun səbəbi isə körpə uşaqların dünyaya sarı saçlı doğulması göstərilir. Kişilər buna görə, sarışın qadınların soylarını davam etdirəcəyini düşünürlər.

Qırmızı dodaqlar – Araşdırma nəticələrinə görə, kişilər çəhrayı pomada çəkən qadınların dodaqlarına 6.7 saniyə baxdığı halda, qırmızı dodaq boyası çəkən qadınların dodaqlarına 7.3 saniyə baxırlar. Dodaqlar kişilərin şüuraltında ehtiras oyadan simvollardan biri kimi qiymətləndirilir.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR